Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm
Azərbaycanın müstəqillik qazandığı gündən daxili və xarici siyasətdə atdığı addımlar böyük maraqla izlənilir. Bu strategiyalar son dərəcə uğurludur və Azərbaycan dövlətinin ortaya qoyduğu model bir çox türk yurdu üçün də nümunə ola bilər Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göst

Azərbaycanın müstəqillik qazandığı gündən daxili və xarici siyasətdə atdığı addımlar böyük maraqla izlənilir. Bu strategiyalar son dərəcə uğurludur və Azərbaycan dövlətinin ortaya qoyduğu model bir çox türk yurdu üçün də nümunə ola bilər Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Türk Strateji Düşüncə Mərkəzinin sədri Onur Beyhan ifadə edib “Müstəqilliyini əldə etdikdən dərhal sonra müharibə ilə üzləşən, torpaqlarının 20 faizini itirən və əhalisinin mühüm bir hissəsi məcburi köçkün vəziyyətinə düşən Azərbaycan, demək olar ki, müstəqilliyini itirmək həddinə gəlib çatmışdı. Lakin ölkə yenidən ayağa qalxmağı bacardı. Azərbaycana hər gəlişimdə görürəm ki, ölkə hər sahədə daha da inkişaf edir, dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilir və qarşısına qoyduğu son məqsədlərə doğru sürətli, inamlı addımlarla irəliləyir. Heç şübhəsiz ki, bu prosesin əsasını qoyan şəxs Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevdir. Geriyə baxdıqda görürük ki, Heydər Əliyev Azərbaycan üçün möhkəm bir gələcək qurub. Bu gün həmin əsaslardan kənara çıxmadan proses davam etdirilir, dövlət ağlı ilə xalq birliyi ayrılmaz bir vəhdət şəklində fəaliyyət göstərir. Məhz buna görə də Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yolu uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin sayəsində böyük Zəfər qazanaraq işğal altındakı torpaqlarını azad edib. Həmin andan etibarən Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub və bu gün Turan idealını qurmağa çalışan bir Azərbaycan var”, - deyə o diqqətə çatdırıb Onur Beyhan Türkiyə–Azərbaycan münasibətlərinə və bölgədəki mövcud vəziyyətə dair fikirlərini də bölüşüb: “Türkiyə ilə Azərbaycan arasındakı əbədi və sarsılmaz qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ildönümünü qeyd etdik. Şuşa Bəyannaməsi iki qardaş dövlətin kədərdə də, sevincdə də daim çiyin-çiyinə, həmrəylik və əməkdaşlıq içində hərəkət edəcəyini bütün dünyaya ən yüksək səviyyədə bir daha bəyan etdiyi, Türkiyə və Azərbaycana qarşı yönələn hər cür təşəbbüsə birlik və bərabərlik içində cavab veriləcəyinin qətiyyətlə ifadə olunduğu tarixi sənəddir. Şuşa Bəyannaməsi ilə ortaya çıxan yeni geosiyasi vəziyyət yalnız Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyi gücləndirməyib, eyni zamanda, Cənubi Qafqazın gələcəyinə və regional güc balansına birbaşa təsir göstərəcək yeni dövrün qapılarını açıb. Bu səbəbdən Ermənistandakı son seçkinin nəticələri yalnız daxili siyasət məsələsi kimi deyil, bölgənin gələcəyini formalaşdıra biləcək mühüm hadisə kimi qiymətləndirilməlidir. Çünki erməni xalqı bu seçkidə sülhə səs verdi. Bundan sonra Ermənistanın qarşısında Azərbaycanla bağlanmalı olan sülh sazişi dayanır” Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edən Beyhan deyib: “Uğurdan-uğura irəliləyən Azərbaycanın bu gün gəlib çatdığı nöqtənin Ümummilli Lider Heydər Əliyevin ruhunu da şad etdiyinə inanıram. Müstəqilliyin ilk günlərindən bu günə qədər qət edilən yola baxdıqda bunun nə qədər böyük bir dönüş olduğunu hamımız görürük. Əlbəttə, bu uğur asan əldə edilməyib. Bu günlər üçün çətinliklərə sinə gərilib, böyük fədakarlıqlar göstərilib” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
