Tenqri
Ana Səhifə
Dünya

Türk mətbəxinin zəngin irsi “Bir süfrədə miras” devizi ilə təqdim olunacaq

Türk mətbəxinin zəngin mədəni irsini dünyaya tanıtmağı hədəfləyən “Türk mətbəxi həftəsi” 2026-cı ildə “Bir süfrədə miras” devizi ilə keçiriləcək AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına əsasən, tədbirlər Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi

0 baxışazertag.az
Türk mətbəxinin zəngin irsi “Bir süfrədə miras” devizi ilə təqdim olunacaq
Paylaş:

Türk mətbəxinin zəngin mədəni irsini dünyaya tanıtmağı hədəfləyən “Türk mətbəxi həftəsi” 2026-cı ildə “Bir süfrədə miras” devizi ilə keçiriləcək AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına əsasən, tədbirlər Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsində mayın 21–dən 27-dək həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində təşkil olunacaq Artıq beşinci dəfə keçirilən “Türk mətbəxi həftəsi” bu il yeməklərin arxasında dayanan tarixi, mədəni və ictimai dəyərlərə diqqət çəkir. Mövzu ortaq mətbəx irsində yer alan hekayələri, ənənələri və yaddaşı ön plana çıxararaq, süfrə mədəniyyətinin insanları birləşdirən rolunu vurğulayır “Süfrə birlikdə olmağın ən qədim dilidir” mesajı ilə təqdim olunan proqram çərçivəsində müxtəlif tədbirlər planlaşdırılır. Bunlara kütləvi süfrə təşkilatları, yerli və beynəlxalq şeflərin iştirakı ilə kulinariya əməkdaşlıqları, ənənəvi bişirmə texnikalarının nümayişi, həmçinin tarixi reseptlərin təqdim olunduğu xüsusi proqramlar daxildir Həftə boyunca keçiriləcək tədbirlər Türkiyədə olduğu kimi xaricdəki türk diplomatik nümayəndəlikləri və mədəniyyət mərkəzləri tərəfindən də həyata keçiriləcək Bu ilin seçilmiş təamları arasında UNESCO siyahısında yer alan keşkeklə yanaşı, paxlava, mantı, dolma və halva kimi Türk mətbəxinin simvolik yeməkləri yer alır. Bu nümunələr həm mətbəx ustalığını, həm də nəsildən-nəslə ötürülən mədəni dəyərləri təcəssüm etdirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler