Tenqri
Ana Səhifə
Dünya

Türk ekspert: Prezident İlham Əliyevin Gürcüstana səfəri yeni geosiyasi balansın mühüm elementi kimi çıxış edir

Cənubi Qafqaz tarix boyu yalnız keçid coğrafiyası deyil, eyni zamanda, böyük güclərin mübarizə meydanı olub və bu gün regionda atılan hər bir addım gələcək siyasi və strateji balansın formalaşmasına birbaşa təsir göstərir Bunu türk ekspert Mehmet Emir Aksoy AZƏRTAC-a açıqlamasında bildirib Onun sö

0 baxışazertag.az
Türk ekspert: Prezident İlham Əliyevin Gürcüstana səfəri yeni geosiyasi balansın mühüm elementi kimi çıxış edir
Paylaş:

Cənubi Qafqaz tarix boyu yalnız keçid coğrafiyası deyil, eyni zamanda, böyük güclərin mübarizə meydanı olub və bu gün regionda atılan hər bir addım gələcək siyasi və strateji balansın formalaşmasına birbaşa təsir göstərir Bunu türk ekspert Mehmet Emir Aksoy AZƏRTAC-a açıqlamasında bildirib Onun sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstana səfəri bu baxımdan adi diplomatik təmas kimi qiymətləndirilə bilməz. Bu səfər regionda formalaşan yeni geosiyasi balansın mühüm elementi kimi çıxış edir və Cənubi Qafqazda yaranan yeni mərhələnin konturlarını göstərir “Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər artıq klassik dostluq çərçivəsindən çıxaraq qarşılıqlı strateji zərurət əsasında inkişaf edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik ehtiyacı bu iki ölkəni bir-birinə sıx şəkildə bağlayır. Xüsusilə Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəmərləri yalnız iqtisadi layihələr deyil, eyni zamanda, siyasi əlaqələri möhkəmləndirən amillər kimi çıxış edir. Bu əməkdaşlıq modelində üçüncü mühüm aktor Türkiyədir. “Ankara–Bakı–Tbilisi xətti artıq, sadəcə, enerji marşrutu deyil, Şərqlə Qərb arasında alternativ əlaqə platforması kimi ön plana çıxır. Bu model region ölkələrinə daha müstəqil və balanslı siyasət yürütmək imkanı yaradır”, – deyə M.Aksoy əlavə edib Ekspert vurğulayıb ki, Cənubi Qafqazda baş verən prosesləri qiymətləndirərkən Rusiya amili də nəzərə alınmalıdır: “Gürcüstanın Qərblə yaxınlaşmaq istəyi ilə Rusiyanın regiondakı təsiri arasında həssas balans mövcuddur. Azərbaycan isə bu reallıqları nəzərə alaraq ehtiyatlı, çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdür. Prezident İlham Əliyevin Gürcüstana səfəri məhz balanslı dövlət siyasətinin təzahürüdür” M.Aksoy qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi hərbi uğurlar diplomatik müstəvidə də yeni imkanlar yaradıb. Bu gün Bakı artıq yalnız öz təhlükəsizliyini təmin edən deyil, eyni zamanda, regionun nəqliyyat və enerji gələcəyini formalaşdıran əsas aktorlardan birinə çevrilib. Gürcüstanla intensivləşən təmaslar da bu yeni mərhələnin konkret göstəricisidir Sonda M.Aksoy vurğulayıb ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə Cənubi Qafqazda yenidən qurulan geosiyasi tarazlığın ifadəsi kimi dəyərləndirilməlidir. “Bu səfər regionda əməkdaşlıq mühitinin gücləndiyini və çoxqütblü dünya nizamının təsirlərinin Cənubi Qafqazda daha aydın şəkildə hiss olunduğunu göstərir. Artıq Cənubi Qafqaz yalnız keçmişin rəqabət məkanı deyil, gələcəyin strateji mərkəzlərindən birinə çevrilmək yolundadır və burada atılan hər bir addım daha geniş coğrafiyaya təsir göstərmək potensialına malikdir”, – deyə türk ekspert qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler