Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY
Türkiyənin ev sahibliyi ilə keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu toplantısı regionda əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşdə əsas diqqət enerji, müdafiə və xüsusilə logistika sahələrində gələcək addımlara yönəlmişdi Bu fikirləri AZ

Türkiyənin ev sahibliyi ilə keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu toplantısı regionda əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşdə əsas diqqət enerji, müdafiə və xüsusilə logistika sahələrində gələcək addımlara yönəlmişdi Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk jurnalist və siyasi ekspert Güngör Yavuzaslan söyləyib O bildirib ki, Azərbaycan və Türkiyə arasında formalaşmış strateji sinerjinin Gürcüstanın iştirakı ilə daha da güclənməsi regional əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda, Ermənistan ilə Türkiyə və Azərbaycanın normallaşma prosesində Gürcüstanın mümkün töhfəsi də diqqətçəkən məqamlardan biridir Bu format artıq regional əməkdaşlıq platforması kimi qəbul edilir. “Qafqaz üçlüyü” adlandırılan Azərbaycan, Gürcüstan və Türkiyə illərdir ki, bir sıra strateji layihələr həyata keçirir. Xüsusilə Bakı–Tbilisi–Ceyhan boru kəməri kimi layihələr tərəflər arasında əməkdaşlığın nə qədər dərin və uzunmüddətli xarakter daşıdığını nümayiş etdirir “Toplantıda enerji və müdafiə sahələrində yeni əməkdaşlıq istiqamətləri də müzakirə olunub. Onuncu dəfə təşkil edilən bu görüş artıq Bakı, Ankara və Tbilisi arasında diplomatik təmasların və koordinasiyanın daimi mexanizmlərindən biri kimi qiymətləndirilir Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasında dayanan “bir millət, iki dövlət” prinsipi isə tərəflər arasında strateji tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır. İlkin məlumatlara əsasən, görüş müsbət atmosferdə keçib və tərəflər arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı nikbin gözləntilər formalaşıb”,- deyə türk ekspert əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


