Tenqri
Ana Səhifə
Dünya

Türk ekspert: Azərbaycan klassik təchizatçı–istehlakçı münasibətlərini aşan yeni model təqdim edir

Azərbaycan qazına Avropada artan tələbat fonunda enerji əməkdaşlığının yeni mərhələyə keçməsi məsələsi daha da aktuallaşıb. Prezident İlham Əliyev tərəfindən səsləndirilən mövqe isə bu prosesə yeni reallıq gətirir. Prezident açıq şəkildə vurğulayır ki, Azərbaycan artıq TANAP və TAP kimi iri enerji i

0 baxışazertag.az
Türk ekspert: Azərbaycan klassik təchizatçı–istehlakçı münasibətlərini aşan yeni model təqdim edir
Paylaş:

Azərbaycan qazına Avropada artan tələbat fonunda enerji əməkdaşlığının yeni mərhələyə keçməsi məsələsi daha da aktuallaşıb. Prezident İlham Əliyev tərəfindən səsləndirilən mövqe isə bu prosesə yeni reallıq gətirir. Prezident açıq şəkildə vurğulayır ki, Azərbaycan artıq TANAP və TAP kimi iri enerji infrastrukturuna milyardlarla dollar sərmayə qoyub və mövcud imkanlarını sübut edib. Lakin qaz nəqlinin artırılması üçün bu infrastrukturun genişləndirilməsi əlavə ciddi maliyyə və texniki resurslar tələb edir. Bu baxımdan, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Avropa yalnız istehlakçı kimi deyil, həm də investor və tərəfdaş kimi bu prosesdə aktiv iştirak etməlidir. Eyni zamanda, uzunmüddətli qaz alış zəmanətləri olmadan yeni investisiyaların riskli olması da diqqətə çatdırılır. Bu yanaşma enerji əməkdaşlığında məsuliyyətin bölüşdürülməsi və qarşılıqlı öhdəliklərin formalaşdırılması məsələsini ön plana çıxarır Bu barədə AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy bildirib ki, son dövrlərdə Avropada artan enerji tələbatı və təchizat təhlükəsizliyi ilə bağlı müzakirələr Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini yenidən gündəmə gətirib Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın ortaya qoyduğu yanaşma yalnız iqtisadi deyil, eyni zamanda, geosiyasi baxımdan da mühüm məna daşıyır: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən “ortaq investisiya və uzunmüddətli zəmanət” vurğusu enerji əməkdaşlığının mahiyyətini dəyişməyə qadirdir. Azərbaycanın yanaşması klassik təchizatçı–istehlakçı münasibətlərini aşan yeni model təqdim edir. Bu günə qədər Avropa enerji siyasətini əsasən bazar şərtləri və qısamüddətli razılaşmalar üzərində qurub. Lakin qlobal proseslər göstərir ki, enerji təhlükəsizliyi yalnız kommersiya məsələsi deyil. Rəsmi Bakı tərəfindən irəli sürülən strateji çərçivə risklərin bölüşdürülməsi və qarşılıqlı məsuliyyətlərin dəqiqləşdirilməsini nəzərdə tutur” M.Aksoy vurğulayıb ki, xüsusilə qaz nəqlində həcmin artırılması böyük infrastruktur yatırımları tələb edir. Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Boru Kəməri kimi layihələr milyardlarla dollar sərmayə hesabına həyata keçirilib. Bu infrastrukturun genişləndirilməsi isə yalnız istehsalçı ölkənin üzərinə düşə bilməz. Azərbaycanın bu məsələdə çağırışı aydındır: Avropa enerji təhlükəsizliyi istəyirsə, bu prosesin həm maliyyə, həm də strateji məsuliyyətini paylaşmalıdır. Bu yanaşmanın qəbul edilməsi Azərbaycan ilə Avropa arasında münasibətlərin daha balanslı modelə keçməsinə şərait yarada bilər. Uzunmüddətli alış zəmanətləri yeni investisiyaları stimullaşdıracaq və tərəflər arasında etibarlılığı artıracaq. Bu isə enerji layihələrini təkcə iqtisadi alət deyil, həm də siyasi sabitlik və strateji əməkdaşlıq platformasına çevirəcək Ekspert əlavə edib ki, TAP layihəsinin genişləndirilməsi və Azərbaycan qazının Avropa bazarına daha böyük həcmdə çatdırılması Türkiyənin rolunu daha da artırır: “Türkiyə bu prosesdə yalnız tranzit ölkə deyil, enerji axınlarını yönləndirən və regional səviyyədə tarazlıq yaradan əsas aktorlardan biridir. Enerji xətlərinin Anadolu üzərindən keçməsi Ankaraya həm iqtisadi, həm də geosiyasi üstünlüklər qazandırır. Türkiyənin enerji mərkəzinə çevrilmək məqsədi bu proseslərlə daha real məzmun qazanır. Artan ötürmə qabiliyyəti, mənbələrin şaxələndirilməsi və genişlənən infrastruktur Türkiyəni regionun enerji xəritəsində əvəzolunmaz mövqeyə çıxarır. Bu, həm Türkiyə, həm də Avropa üçün enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir” Ekspert sonda vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü “ortaq investisiya və uzunmüddətli zəmanət” modeli enerji diplomatiyasında yeni mərhələnin başlanğıcını qoyur. Bu model daha ədalətli, balanslı və davamlı əməkdaşlıq üçün zəmin yaradır. Bu yeni reallıqda Azərbaycan strateji vizyonu ilə önə çıxır, Türkiyə isə bu vizyonun praktik həyata keçirilməsində əsas tərəfdaş kimi çıxış edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler