Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir Ötən ili

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə inkişaf edən Azərbaycan Respublikası daha da güclənəcək Zati-aliləri, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


