Tenqri
Ana Səhifə
Dünya

Türk dünyasının sütunu hədəfdə, Ankaradan hərəkət gözlənilir

Azərbaycan cəmiyyətində və mediasında Türkiyə mövzusu həmişə xüsusi həssaslıqla qarşılanıb. Çünki Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr çərçivəsinə sığmır. İki ölkə arasında qurulan münasibətlərin əsasında ortaq tarix, ortaq mədəniyyət, ortaq dil, ortaq mənəvi dəyə

0 baxışmodern.az
Türk dünyasının sütunu hədəfdə, Ankaradan hərəkət gözlənilir
Paylaş:

Azərbaycan cəmiyyətində və mediasında Türkiyə mövzusu həmişə xüsusi həssaslıqla qarşılanıb. Çünki Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr çərçivəsinə sığmır. İki ölkə arasında qurulan münasibətlərin əsasında ortaq tarix, ortaq mədəniyyət, ortaq dil, ortaq mənəvi dəyərlər və ən əsası ortaq taleyin yaratdığı qardaşlıq dayanır Uzun illərdir ki, həm Azərbaycanda, həm də Türkiyədə “Bir millət, iki dövlət” ifadəsi real siyasətin və ictimai münasibətlərin əsas sütunlarından biri kimi qəbul olunur. Azərbaycan cəmiyyətində Türkiyənin maraqları Azərbaycanın milli maraqları kimi təqdim edilir. Türkiyənin təhlükəsizliyi, regional gücü, beynəlxalq nüfuzu və uğurları Azərbaycanda böyük diqqətlə izlənilir və dəstəklənir Bunun çoxsaylı nümunələri var. Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildi. Eyni zamanda Türkiyənin qarşılaşdığı problemlər də Azərbaycanda milli məsələ kimi müzakirə edildi. Türkiyəyə qarşı beynəlxalq təzyiqlər, terror təhdidləri, siyasi hücumlar və regional risklər Azərbaycan mediasında geniş işıqlandırıldı və bu məsələlərə qardaş ölkənin gözü ilə baxıldı Azərbaycan mediasında Türkiyənin dövlət maraqlarına zidd mövqelər demək olar ki, heç vaxt dəstək tapmayıb. Əksinə, Türkiyənin mövqeyini izah etmək, müdafiə etmək və beynəlxalq aləmdə haqlı tərəf olduğunu göstərmək istiqamətində ciddi fəaliyyət göstərilib. Bu yanaşma ictimai düşüncənin də tərkib hissəsinə çevrilib Əgər biz bütün dünyada Azərbaycan-Türkiyə qardaşlığının analoqunun olmadığını deyiriksə, bunun praktik nəticələri də olmalıdır. Azərbaycan cəmiyyətinin Türkiyəyə münasibəti məhz belədir. Türkiyənin uğuru Azərbaycanın uğuru kimi qəbul olunur. Türkiyəyə qarşı təhdidlər Azərbaycanda narahatlıq yaradır. Türkiyənin güclənməsi Azərbaycan üçün strateji üstünlük hesab edilir Lakin bütün bunların fonunda Türkiyədə müəyyən çevrələrin davranışı suallar doğurur. Son illərdə bəzi media qurumlarında, bəzi köşə yazarlarının çıxışlarında və bəzi siyasi dairələrin açıqlamalarında Azərbaycana qarşı sistemli şəkildə mənfi münasibət hiss olunur. Bu münasibət bəzən açıq, bəzən isə dolayı formada özünü göstərir Məsələn, T24 portalında Barçın Yınancın Ermənistan seçkiləri və Ankara-İrəvan münasibətlərinə dair yazısında Azərbaycanın mövqeyi Türkiyənin qərarlarına təsir göstərən amil kimi təqdim edilir və Ankara-Bakı münasibətləri müzakirə predmetinə çevrilir. Yazıda Azərbaycanın regional proseslərdə rolu xüsusi vurğulanır və Türkiyənin Ermənistan siyasətində Bakının mövqeyinin əhəmiyyətinə diqqət çəkilir Əlbəttə, hər bir jurnalistin fərqli baxışı ola bilər. Demokratiyanın tələbi də budur. Lakin problem müəyyən dairələrdə Azərbaycana qarşı formalaşdırılmağa çalışılan ümumi mənzərədədir. Elə bir mənzərə yaradılır ki, guya Azərbaycan Türkiyənin qarşısında maneədir, guya Ankara regionda sərbəst hərəkət edə bilmir, bütün problemlərin mənbəyində Bakı dayanır Bu yanaşma təsadüfi görünmür. Çünki eyni çevrələrin müxtəlif vaxtlarda fərqli mövzular üzərindən Azərbaycana qarşı kampaniyalar apardığı müşahidə olunur. Bir gün İsrail məsələsi qabardılır. Başqa vaxt Ermənistanla münasibətlər üzərindən ittihamlar səsləndirilir. Sonra başqa bir mövzu tapılır və yenidən Azərbaycan hədəfə alınır Azərbaycanın Türkiyə cəmiyyətində nüfuzuna zərbə vurmaq istəyən bu yanaşmaların məqsədi nədir? Bu sual üzərində ciddi düşünmək lazımdır. Çünki Azərbaycanı zəiflətmək istəyən qüvvələrin əslində Türkiyə-Azərbaycan strateji ittifaqını zəiflətmək istədikləri də açıq görünür Azərbaycanı hədəf almaqla Türkiyəni hədəf almaq arasında ciddi əlaqə mövcuddur. Çünki Bakı ilə Ankara arasında qurulmuş strateji birlik bu gün Türk dünyasının ən uğurlu inteqrasiya modelidir. Bu model zəiflədikcə regionda türk dövlətlərinin əməkdaşlığı da zərbə alır Diqqət çəkən başqa bir məqam isə odur ki, eyni çevrələr Türkiyənin Mərkəzi Asiyadakı təsirinin artmasına da birmənalı yanaşmırlar. Türkiyə Qazaxıstanla yaxınlaşanda tənqidlər başlayır. Türkiyə Özbəkistanla münasibətləri inkişaf etdirəndə narahatlıq ifadə olunur. Türk Dövlətləri Təşkilatının güclənməsi müəyyən dairələrdə açıq şəkildə qıcıq yaradır Burada daha böyük geosiyasi yanaşma mövcuddur. Türk dünyasının inteqrasiyası ideyasından narahat olan qüvvələr müxtəlif bəhanələr altında bu prosesi zəiflətməyə çalışırlar Azərbaycan isə onların əsas hədəflərindən biridir. Çünki Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir. Qarabağ zəfərindən sonra bu müttəfiqliyin strateji çəkisi daha da artıb. Enerji layihələri, müdafiə sənayesi əməkdaşlığı, nəqliyyat dəhlizləri və regional təhlükəsizlik məsələləri Bakı-Ankara xəttini daha da gücləndirib Belə bir şəraitdə Azərbaycan haqqında əsassız ittihamlar, qərəzli şərhlər və birtərəfli təqdimatlar Türkiyənin öz maraqlarına da zərbə vurur Ən maraqlı sual isə budur ki, Türkiyədə bu vəziyyəti hamı görürmü? Dövlət institutları, siyasi dairələr və məsul şəxslər bu tendensiyanı müşahidə etmirlərmi? Əgər müşahidə edirlərsə, niyə qarşısı alınmır? Əgər qarşısı alınmırsa, bu zaman başqa ehtimallar da ortaya çıxır. Ola bilsin ki, bəzi qüvvələr bu ritorikanın davam etməsində maraqlıdırlar. Ola bilsin ki, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi müəyyən dairələrin geosiyasi planlarına uyğun gəlmir Ancaq bir həqiqət dəyişmir. Azərbaycan xalqı Türkiyəni öz qardaşı hesab edir. Azərbaycan mediası Türkiyə məsələlərinə həssas yanaşır. Azərbaycan cəmiyyəti Türkiyənin maraqlarını öz maraqları kimi qəbul edir Bu münasibətin qarşılığında Azərbaycana qarşı qərəzli kampaniyaların aparılması nə qardaşlıq ruhuna, nə də strateji tərəfdaşlıq anlayışına uyğundur Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yüzilliklərə söykənən qardaşlıq münasibətləridir. Bu münasibətləri zədələməyə çalışanların məqsədi nə olursa-olsun, onların fəaliyyəti nə Azərbaycana, nə Türkiyəyə, nə də bütövlükdə Türk dünyasına fayda gətirə bilər. Əksinə, bu fəaliyyətlər Türk dünyasının güclənməsinə qarşı çıxanların maraqlarına xidmət edir Bu səbəbdən həm Azərbaycanda, həm Türkiyədə ictimaiyyət belə cəhdlərə qarşı diqqətli olmalıdır. Qardaşlıq münasibətlərini qorumaq hər iki xalqın ortaq məsuliyyətidir. Azərbaycan bunu illərdir edir. Türkiyə də bu həssaslığı daha dərindən qiymətləndirməlidir. Çünki Bakı ilə Ankara arasındakı bağlar həm də bütün Türk dünyasının gələcəyini müəyyən edən əsas sütunlardan biridir

Kaynak: modern.az

Diğer Haberler