"Türk dünyası bizim ailəmizdir" - Deputat
"Türk dünyası bizim ailəmizdir. Bu gün burada - bu məktəbdə keçirilən tədbir də həmin ailənin birliyini və həmrəyliyini nümayiş etdirir. Şagirdlər türk dövlətlərini təmsil edən guşələr hazırlayıb, həmin ölkələrin adət-ənənələrini, milli mətbəxini, geyimlərini və mədəniyyətini təqdim ediblər. Milli r

"Türk dünyası bizim ailəmizdir. Bu gün burada - bu məktəbdə keçirilən tədbir də həmin ailənin birliyini və həmrəyliyini nümayiş etdirir. Şagirdlər türk dövlətlərini təmsil edən guşələr hazırlayıb, həmin ölkələrin adət-ənənələrini, milli mətbəxini, geyimlərini və mədəniyyətini təqdim ediblər. Milli rəqslərin nümayişi tədbirə xüsusi rəng qatıb" 525.az xəbər verir ki, bunu Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbdə keçirilən “Türk dünyasına səyahət” adlı tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bildirib “Bu cür tədbirlər çox vacibdir. Çünki biz birlikdə güclüyük. Birliyimiz nə qədər möhkəm olsa, qarşılaşdığımız çətinlikləri də bir o qədər asanlıqla dəf edərik, qarşımıza çıxan maneələri birlikdə aşarıq. Bu cür tədbirlər şagirdlərdə Türk dünyasına mənsubluq hissini gücləndirir, ortaq tariximizin, mədəniyyətimizin və dəyərlərimizin gələcək nəsillərə aşılanmasına mühüm töhfə verir. İnanıram ki, bu kimi təşəbbüslər Türk dünyası arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”, – deyə deputat vurğulayıb


