Tenqri
Ana Səhifə
Elm

Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycandan Qazaxıstana ötürülüb

Elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstanın Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib Bu barədə 525.az-a Elm və təhsil Nazirliyindən məlumat verilib Bildirilib ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin elm və təhsil sahəsinə cav

0 baxış525.az
Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycandan Qazaxıstana ötürülüb
Paylaş:

Elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstanın Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib Bu barədə 525.az-a Elm və təhsil Nazirliyindən məlumat verilib Bildirilib ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin elm və təhsil sahəsinə cavabdeh qurumlarının nümayəndələri, həmçinin Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib Tədbirdə Türk Akademiyasının 2024–2025-ci illər üzrə fəaliyyəti, cari ildə həyata keçirilən layihələr və tədbirlər, eləcə də 2026-cı il üçün fəaliyyət planı, prioritet tədqiqat istiqamətləri və Türk dünyası üzrə əlamətdar tarixlər müzakirə olunub İclasda çıxış edən E. Əmrullayev Azərbaycanın Türk Akademiyası Elmi Şurasına sədrliyi dövründə birgə tədqiqat təşəbbüslərinin, akademik mübadilə proqramlarının və ali təhsil müəssisələri arasında institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb E. Əmrullayev həmçinin Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirlərin Türk dünyasının elmi, mədəni və dil irsinin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb İclasın yekununda Türk Akademiyası Elmi Şurasına sədrliyin Azərbaycan Elm və Təhsil Nazirliyindən Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə ötürülməsi barədə qərar qəbul olunub. Həmçinin Elmi Şuranın 9-cu iclasının Qırğızıstanda keçirilməsi razılaşdırılıb

Kaynak: 525.az

Diğer Haberler