Tenqri
Ana Səhifə
Siyasət

TRIPP layihəsi regionumuzun bütün ölkələrinə fayda verəcək – Ermənistanın baş naziri

BAKI, Azərbaycan, 7 iyun. Demokratiya həmişə regional əməkdaşlığı təşviq edir və sülhə nail olmaq üçün alət rolunu oynayır, - Ermənistanın baş naziri Nikol Paşinyan səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib Seçkilərin bölgəyə təsiri ilə bağlı sualı cavablandıran o, deyib: "Bölgəmizin din

0 baxıştrend.az
TRIPP layihəsi regionumuzun bütün ölkələrinə fayda verəcək – Ermənistanın baş naziri
Paylaş:

BAKI, Azərbaycan, 7 iyun. Demokratiya həmişə regional əməkdaşlığı təşviq edir və sülhə nail olmaq üçün alət rolunu oynayır, - Ermənistanın baş naziri Nikol Paşinyan səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib Seçkilərin bölgəyə təsiri ilə bağlı sualı cavablandıran o, deyib: "Bölgəmizin dinc gələcəyinə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülh və Gürcüstanla çox dərin əlaqələrimiz var. Mən Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını gözləyirəm. Əminəm ki, Türkiyə ilə dəmir yolu və avtomobil yolları da yaxın gələcəkdə açılacaq. TRIPP layihəsi regionumuzun bütün oyun qaydalarını dəyişdirməyə qadirdir. Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün sərfəlidir” Paşinyan bildirib ki, o, Rusiya ilə münasibətlərdə hər hansı bir gərginlik görmür və bu cür iddiaları süni hesab edir: "Rusiya ilə münasibətlər dərin institusional əsaslara malikdir və qarşılıqlı hörmət üzərində qurulub. Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr bu münasibətlərdə gərginlik yaratmağa çalışır. Lakin bu, heç bir halda bizim Rusiya prezidenti ilə çox yaxın münasibətlərimizin olması ilə bağlı deyil", - Paşinyan vurğulayıb Bu gün Ermənistanda 18 siyasi qüvvənin - iki seçki alyansının və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilir. Ölkə üzrə ümumilikdə 2 milyon 485 min 851 vətəndaş səsvermə hüququna malikdir

Kaynak: trend.az

Diğer Haberler