TRIPP bütün regiona fayda verəcək - Senator
Danışıqlardakı ən çətin məsələlərin həlli yolu kimi TRIPP marşrutunun yaradılmasına məhz yaradıcı düşüncə səbəb oldu Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən dinləmələrdə sua

Danışıqlardakı ən çətin məsələlərin həlli yolu kimi TRIPP marşrutunun yaradılmasına məhz yaradıcı düşüncə səbəb oldu Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən dinləmələrdə sual verərkən deyib “Layihə təkcə Ermənistan və Azərbaycan üçün deyil, bir çox qonşu ölkələr üçün də fayda vəd edir”, - o qeyd edib Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu adlanır Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


