Tenqri
Ana Səhifə
Dünya

Arenada üçqat qürur: Azərbaycan himni 3 dəfə səsləndirilib (FOTO)

BAKI, Azərbaycan, 8 iyun. İyunun 5-7-də Milli Gimnastika Arenasında akrobatika və aerobika gimnastikası üzrə həm FIG Dünya Kuboku, həm də beynəlxalq turnir uğurla başa çatıb Üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən ço

0 baxıştrend.az
Arenada üçqat qürur: Azərbaycan himni 3 dəfə səsləndirilib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 iyun. İyunun 5-7-də Milli Gimnastika Arenasında akrobatika və aerobika gimnastikası üzrə həm FIG Dünya Kuboku, həm də beynəlxalq turnir uğurla başa çatıb Üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı iştirak edərək öz məharətlərini nümayiş etdirib. Yarışların ilk iki günü seçmə mərhələyə, sonuncu günü isə final çıxışlarına həsr olunub. Həm Dünya Kuboku, həm də beynəlxalq turnir yüksək rəqabəti, maraqlı çıxışları, möhtəşəm idman ab-havası ilə yadda qaldı Akrobatika gimnastikasında qadın cütlüyü, qadın qrupu, kişi cütlüyü, kişi qrupu, qarışıq cütlük proqramlarında tarazlıq və temp hərəkətləri təqdim olunub. Aerobika gimnastikasında qaliblər fərdi çıxışlar, qarışıq cütlüklər, üçlüklər və qrup proqramlarında müəyyən edilmişdir FIG Dünya Kubokunda Azərbaycan millisi yarışı 1 qızıl medalla başa vurub. Anahita Bəşiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadınlardan ibarət qrupumuz möhtəşəm çıxışı ilə rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazanıb Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək performans xalı toplayan idmançılara AGF Trophy təqdim olunub. Kişilər arasında aerobika gimnastikası üzrə fərdi proqramda Anton Kolobov (Rusiya), qadınlar arasında Anastasiya Dmitriyeva (Rusiya), qarışıq cütlük proqramında Borislava İvanova və Xristo Manolov (Bolqarıstan), Azərbaycanın qadınlardan ibarət qrupu Anahita Bəşiri, Zəhra Rəşidova və A.Q.Nazrinastik Zekrobanitik mükafata layiq görülüblər Sevimli qarışıq aerobika gimnastika cütümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov yarışı 19.025 xalla 4-cü, Leyla Becanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlüyü isə 17.588 xalla 4-cü yerdə başa vurublar Bununla yanaşı, beynəlxalq turnirdə Azərbaycan gimnastları akrobatika və aerobika üzrə ümumilikdə 6 proqramda təmsil olunublar. Yarışların yekun nəticələrinə əsasən aerobika gimnastikası üzrə təmsilçilərimiz bir sıra uğurlu nəticələr əldə ediblər Yeniyetmələrin yarışında Mədinə İbrahimli və Toğrul Gülmalıyev qarışıq cütlük proqramında qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eyni proqramda çıxış edən Səma Hacızadə və Arif Məmmədzadə gümüş medala layiq görülüblər Kişilərin fərdi proqramında Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazanıb Junior trio proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə bürünc medal qazanıblar. Qrup proqramında çıxış edən Nuray Əliyeva, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli və Xədicə Ələsgərova da bürünc medal qazanıblar Gənclər yaş kateqoriyasında qrup proqramında mübarizə aparan Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova da bürünc medal qazanaraq komandanın medal sayını artırıb Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc, Dünya Kubokunu isə 1 qızıl medalla başa vuraraq yüksək nəticələr göstərmişlər Yarış zamanı tamaşaçılar dünya səviyyəli gimnastların parlaq çıxışlarını izləmək imkanı əldə etdilər və arenada əsl idman bayramı yaşandı. İştirakçılar və qonaqlar yarışların yüksək səviyyədə təşkilini xüsusi qeyd ediblər Bakının növbəti dəfə beynəlxalq gimnastika yarışlarına uğurla ev sahibliyi etməsi Azərbaycanın idman sahəsində qazandığı nüfuzu bir daha nümayiş etdirdi və ölkədə gimnastikanın inkişafına göstərilən dəstəyin bariz nümunəsinə çevrildi

Kaynak: trend.az

Diğer Haberler