Tenqri
Ana Səhifə
Dünya

"Trendyol" və "PAŞA Holdinq"in dəstəyi ilə qızlar üçün iki günlük "Aİ" düşərgəsi təşkil edilib

"Trendyol" və "PAŞA Holdinq" Gəncədə və Mingəçevirdə regionda yaşayan qızlar üçün süni intellekt düşərgəsi təşkil edib "Süni intellektlə yeni başlanğıc" Qızlar üçün 2 günlük "Aİ" düşərgəsi adlı layihə "Women in Tech Azerbaijan"ın təşkilatçılığı, "Trendyol" və "PAŞA Holdinq"in dəstəyi ilə həyata keç

0 baxışreport.az
"Trendyol" və "PAŞA Holdinq"in dəstəyi ilə qızlar üçün iki günlük "Aİ" düşərgəsi təşkil edilib
Paylaş:

"Trendyol" və "PAŞA Holdinq" Gəncədə və Mingəçevirdə regionda yaşayan qızlar üçün süni intellekt düşərgəsi təşkil edib "Süni intellektlə yeni başlanğıc" Qızlar üçün 2 günlük "Aİ" düşərgəsi adlı layihə "Women in Tech Azerbaijan"ın təşkilatçılığı, "Trendyol" və "PAŞA Holdinq"in dəstəyi ilə həyata keçirilib Gəncə və Mingəçevirdə təşkil edilən süni intellekt düşərgəsi 2026-cı il üzrə Beynəlxalq "İKT-də Qızlar" Gününün rəsmi mövzusu olan "İnkişaf üçün süni intellekt: Qızlar rəqəmsal gələcəyi qurur" çərçivəsində təşkil olunub. Təlimlər ümumilikdə 4 gün, hər regionda 2 gün olmaqla həyata keçirilib Bu layihənin əsas məqsədi regionlarda yaşayan 18-25 yaş arası qızların süni intellekt sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onların süni intellekt alətlərindən düzgün və məqsədyönlü istifadə imkanlarını artırmaq, eləcə də bu bilikləri gələcək karyera və gəlir imkanlarına çevirməyə dəstək olmaqdır Qeyd edək ki, intensiv proqram çərçivəsində iştirakçılar süni intellektin əsasları, gələcəyin iş dünyası və AI imkanları, prompt yazma bacarıqları, kontent yaradılması, süni intellektin biznes və e-ticarətdə tətbiqi, eləcə də təhlükəsiz və etik AI istifadəsi kimi mövzular üzrə təlim keçiblər Eyni zamanda, proqramda AI ilə işləməyə psixoloji yanaşma, praktiki tapşırıqlar, qrup işi və mini-lab sessiyaları da yer alıb. İştirakçılar bu istiqamətlərdə həm nəzəri bilik, həm də praktiki təcrübə əldə ediblər Layihənin açılış mərasimində çıxış edən "Trendyol"un Azərbaycanda korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova bildirib ki, düşərgədə iştirak edən gənc qızlar arasında texnologiya sahəsinə yeni başlayanlar, artıq bu istiqamətdə çalışanlar və gələcəkdə bu sahədə karyera qurmaq istəyənlər var. Onun sözlərinə görə, gənclərin texnologiyaya marağı getdikcə artır S.Cəfərova qeyd edib ki, süni intellekt və texnologiyalardan istifadə geniş yayılsa da, bu sahə daim inkişaf edir və hər gün yeni həllər ortaya çıxır: "Biz şirkət daxilində yalnız texnologiyadan istifadə etmirik, eyni zamanda onu inkişaf etdirir və müxtəlif sahələrdə tətbiq imkanlarını araşdırırıq. "Trendyol"da minlərlə mühəndis çalışır və süni intellekt məhsulların çatdırılmasından tutmuş müştərilərə fərdi tövsiyələrin verilməsinə qədər bir çox istiqamətdə tətbiq olunur" O həmçinin qadınların texnologiya sahəsində iştirakının vacibliyini vurğulayıb: "Burada ən vacib amil texnologiyanın özü deyil, onu yaradan insanlardır. Biz inanırıq ki, bu sahədə daha çox qadın olmalıdır. Çünki fərqli baxışlar olmadan innovasiya mümkün deyil" S.Cəfərova bildirib ki, bu düşərgə iştirakçılar üçün yalnız yeni biliklər əldə etmək deyil, həm də öz potensiallarını kəşf etmək imkanı yaradır: "Bəlkə bu gün yazacağınız ilk kod sətri gələcəkdə böyük bir ideyanın başlanğıcı olacaq. Biz qadınların texnologiyada daha çox yer alması üçün müxtəlif layihələr və imkanlar yaradırıq. Çünki inanırıq ki, daha inklüziv gələcək daha güclü olur" "Women in Tech Azerbaijan" nümayəndəliyinin rəhbəri Leyla Seyidzadə "Report"a açıqlamasında bildirib ki, əsas məqsəd gənclərin bu sahəyə düzgün istiqamətləndirilməsidir. Onun sözlərinə görə, internet və texnologiyalar bu gün hər kəs üçün əlçatan olduğundan, onlardan həm düzgün, həm də yanlış istifadə halları mövcuddur L.Seyidzadə qeyd edib ki, təşkilatın əsas hədəfi gənclərə süni intellektdən faydalı və məqsədyönlü istifadə bacarıqlarının aşılanmasıdır: "Biz istəyirik ki, gənclər süni intellektdən yalnız əyləncə məqsədilə deyil, həm də öz inkişafları və gələcək karyeraları üçün istifadə etsinlər" Onun sözlərinə görə, bu gün demək olar ki, hər kəs ChatGPT haqqında məlumatlıdır və ondan istifadə edir, lakin əsas məsələ bu alətlərdən düzgün və effektiv istifadə bacarığıdır "Süni intellekt artıq qaçılmaz bir tendensiyadır və gəncləri bu istiqamətdən uzaq tutmaq mümkün deyil. Buna görə də yanaşma qadağalar üzərində deyil, maarifləndirmə üzərində qurulmalıdır" - o əlavə edib Layihədə iştirak edən gənc qızlar iki gün davam edən təlimlərin onlar üçün faydalı olduğunu bildiriblər. İştirakçıların sözlərinə görə, proqram həm biliklərinin artırılması, həm də yeni təcrübə qazanmaq baxımından əhəmiyyətli olub Aysel Əsədova bildirib ki, tədbirdə iştirak onun üçün maraqlı və motivasiyaedici təcrübə olub: "Burada süni intellektlə bağlı biliklərimi artırmaq və mövzunu daha dərindən öyrənmək imkanı qazandım. Eyni zamanda, yeni insanlarla tanışlıq da mənim üçün çox dəyərli oldu. Düşünürəm ki, bu təcrübə gələcək karyeramda mühüm rol oynayacaq" Digər iştirakçı Gülyetər Fərzəliyeva isə təlimlərin müasir texnologiyalar, xüsusilə də süni intellektdən düzgün istifadə bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, təlimdə əsas məqsədi süni intellektin daha dərin funksiyalarını öyrənmək olub: "Biz burada süni intellektdən düzgün nəticə əldə etmək üçün ona necə sorğu (prompt) vermək lazım olduğunu, hansı ifadələrdən istifadə edilməli olduğunu və ümumilikdə onu daha effektiv şəkildə necə tətbiq etməyi öyrəndik. Düzgün və dəqiq ifadələrdən istifadə etdikdə süni intellekt daha faydalı və konkret nəticələr təqdim edir. Bu baxımdan, təlim mənim üçün çox faydalı oldu" Qeyd edək ki, "Trendyol" və "PAŞA Holdinq"in dəstəyi ilə Gəncə və Mingəçevirdə keçirilən təlimlərə ümumilikdə 80-ə yaxın, hər region üzrə 40 iştirakçı cəlb olunub. İştirakçılar tələbələr, yeni məzunlar və karyeralarının ilkin mərhələsində olan gənc qadınlar arasından seçiliblər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler