Trans-Xəzər marşrutuna tələbat artır: Batumi limanından Qazaxıstana məxsus 31 min ton yük daşınıb
2026-cı ilin əvvəlindən Batumi Dəniz Limanı vasitəsilə Qazaxıstana məxsus 31 min ton yük daşınıb AZƏRTAC “KazMunayGas”a istinadla xəbər verir ki, mallar Mərakeş, Türkiyə və digər ölkələrə ixrac olunur Daşınma həcmlərinin sabit dinamikası Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz – r

2026-cı ilin əvvəlindən Batumi Dəniz Limanı vasitəsilə Qazaxıstana məxsus 31 min ton yük daşınıb AZƏRTAC “KazMunayGas”a istinadla xəbər verir ki, mallar Mərakeş, Türkiyə və digər ölkələrə ixrac olunur Daşınma həcmlərinin sabit dinamikası Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz – red.) tələbatı, həmçinin Qazaxıstan, Gürcüstan və beynəlxalq bazarlar arasında logistika əməkdaşlığının gücləndiyini təsdiqləyir Batumi Dəniz Limanı 1878-ci ildə inşa edilib və Qara dənizdəki ən qədim limanlardan biridir. Liman infrastrukturuna 11 körpü, neft terminalı, universal terminal və konteyner terminalı daxildir. Onun ümumi ötürmə qabiliyyəti ildə 21 milyon tondur “KazTransOil” Gürcüstandakı aktivləri Batumi Neft Terminalı MMC vasitəsilə idarə edir Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiya ilə Avropanı birləşdirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


