Tramp İranın tələbindən qıcıqlanıb
AP regional diplomatlara istinadən xəbər verir ki, prezident Donald Trampın narazılığına səbəb olan amillərdən biri də İranın müharibənin vurduğu ziyana görə təzminat tələb etməsidir Mənbələr qeyd ediblər ki, formalaşmış ənənəyə görə təzminatları məğlub olan tərəf ödəyir. Tramp İranın təkliflərind

AP regional diplomatlara istinadən xəbər verir ki, prezident Donald Trampın narazılığına səbəb olan amillərdən biri də İranın müharibənin vurduğu ziyana görə təzminat tələb etməsidir Mənbələr qeyd ediblər ki, formalaşmış ənənəyə görə təzminatları məğlub olan tərəf ödəyir. Tramp İranın təkliflərində “təzminat” ifadəsinin görünməsindən son dərəcə ehtiyatlıdır, çünki bu cür ifadələrlə razılaşma ABŞ-ın məğlubiyyətinin etirafı kimi qiymətləndirilə bilər Diplomatlardan biri əlavə edib ki, Pakistan hazırda ABŞ və İran arasında anlaşma memorandumunda vasitəçilik etməyə çalışır. Sənədin məqsədi müharibəyə son qoymaq və həll olunmamış məsələlər üzrə daha geniş dialoqu davam etdirməkdir Onun sözlərinə görə, İslamabad regionun digər ölkələrinin dəstəyini alır. Baş nazir Şahbaz Şərif, xarici işlər naziri İshaq Dar və ordu komandanı feldmarşal Asim Munir münaqişənin hər iki tərəfi, eləcə də regional hökumətlərlə əlaqə saxlayır. Onların səyləri atəşkəsin qorunmasına, nəhayət, müharibəyə son qoyulmasına və gələn həftə tərəflər arasında üzbəüz danışıqların aparılmasına dair razılığın əldə olunmasına yönəlib


