Tenqri
Ana Səhifə
Dünya

Trampı saxlamaq mümkün olmayıb

ABŞ Senatı prezident Donald Trampın İran üzərində müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bloklayıb Təşəbbüs ülgüc qədər incə fərqlə uğursuz oldu. 48 senator bunun əleyhinə, 47 senator isə dəstəkləyib. Partiya sıraları bölündü: Demokrat Con Fetterman sənədin əleyhinə səs verdi, dörd res

0 baxışhaqqin.az
Trampı saxlamaq mümkün olmayıb
Paylaş:

ABŞ Senatı prezident Donald Trampın İran üzərində müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bloklayıb Təşəbbüs ülgüc qədər incə fərqlə uğursuz oldu. 48 senator bunun əleyhinə, 47 senator isə dəstəkləyib. Partiya sıraları bölündü: Demokrat Con Fetterman sənədin əleyhinə səs verdi, dörd respublikaçı (Bill Cassidy, Susan Collins, Lisa Murkovski və Rand Paul) prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə çıxış etdi Senator Rafael Uornok tərəfindən hazırlanan sənəddə prezident administrasiyasından ABŞ Konqresindən rəsmi razılıq alınmadığı təqdirdə ABŞ hərbi qüvvələrinin İrana qarşı və ya birbaşa onun ərazisində hərbi əməliyyatlarda hər hansı iştirakını dərhal dayandırmağı tələb etmək təklif edilir 1973-cü il Müharibə Səlahiyyətləri Aktına əsasən, Konqres müharibə elan etməyə səs verməsə və ya gücdən istifadəyə icazə verən qanun qəbul etməsə, ABŞ prezidenti 60 gündən sonra hərbi əməliyyatları dayandırmalıdır. Qanun birdəfəlik 30 günlük uzadılmasına icazə verir, ancaq prezident ABŞ qoşunlarının təhlükəsiz çıxarılmasını təmin etmək üçün əlavə vaxtın lazım olduğunu Konqresə yazılı şəkildə təsdiqləsə

Kaynak: haqqin.az

Diğer Haberler