Tramp Putin və Zelenski arasında görüş üçün
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüşü dəstəkləyəcəyini bildirib. Tramp bu mövqeyini Ağ Evdə jurnalistlərlə söhbətində açıqlayıb "Düşünürəm ki, onlar görüşsəydilər, əla olardı. Onlar bu [münaqişəyə] son qoymalıdırl

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüşü dəstəkləyəcəyini bildirib. Tramp bu mövqeyini Ağ Evdə jurnalistlərlə söhbətində açıqlayıb "Düşünürəm ki, onlar görüşsəydilər, əla olardı. Onlar bu [münaqişəyə] son qoymalıdırlar", - Amerika lideri bildirib Tramp qeyd edib ki, ABŞ-dan silah tədarükü olmasaydı, Ukrayna heç döyüşə də bilməzdi Amerika prezidenti Ukrayna böhranının həlli üçün Moskva və Kiyevin qarşılıqlı güzəştə gedəcəkləri barədə fikir bildirib "Bu baş verəcək. Hər iki tərəf güzəştə gedəcək", - Tramp tərəflərin güzəştə getməli olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib Amerika lideri vurğulayıb ki, ABŞ həm Ukraynanı, həm də Rusiya Federasiyasını sülh naminə güzəştə getməyə çağırmaqda davam edir


