Tenqri
Ana Səhifə
Dünya

Tramp ilk dəfə Ağ Evə terror hücumu cəhdi barədə eşitdi - yeniləndi 18:20

ABŞ prezidenti Donald Tramp UFC turniri zamanı Ağ Evə partlayıcı qurğu ilə gözlənilən pilotsuz təyyarə hücumu barədə eşitməyib. O, BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyanla görüşdən sonra jurnalistlərə bildirib "Mən bu haqda eşitməmişəm, yox. Gördüyüm hücumlar UFC döyüşçüləri tərəfindən həyata

0 baxışhaqqin.az
Tramp ilk dəfə Ağ Evə terror hücumu cəhdi barədə eşitdi - yeniləndi 18:20
Paylaş:

ABŞ prezidenti Donald Tramp UFC turniri zamanı Ağ Evə partlayıcı qurğu ilə gözlənilən pilotsuz təyyarə hücumu barədə eşitməyib. O, BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyanla görüşdən sonra jurnalistlərə bildirib "Mən bu haqda eşitməmişəm, yox. Gördüyüm hücumlar UFC döyüşçüləri tərəfindən həyata keçirilib", - amerikalı lider zarafat edib İyunun 14-də, Donald Trampın ad günündə Ağ Evin Cənub Qazonunda UFC Freedom 250 turniri baş tutub. FTB turnirdən dörd gün əvvəl tədbir zamanı terror aktı hazırlandığını öyrənib FTB rəhbəri Keş Patelin sözlərinə görə, hücum edənlər evakuasiya və insanlara atəş açmaq üçün partlayıcı yüklü PUA-larla Ağ Evə bitişik binaları vurmağı planlaşdırıblar. 5 nəfər saxlanılıb, 23 nəfərin cinayət ortağı olduğu müəyyən edilib ABŞ kəşfiyyat agentlikləri Ağ Evə hücum da daxil olmaqla “koordinasiya edilmiş terror planını” üzə çıxarıblar. Bunu Amerikanın vitse-prezidenti J.D.Vens deyib İyunun 15-nə keçən gecə Ağ Evdə baş vermiş Ultimate Fighting Championship (UFC) turnirinə edilən hücum cəhdinin qarşısının alınması ilə bağlı Fox News telekanalının canlı efirində şərh verərək, "Bu, terror planıdır. Bu, sadəcə bir neçə adamın sərsəm işlərlə məşğul olması deyil. Bu, əlaqələndirilmiş terror planıdır" dedi ABŞ prezidenti Donald Tramp “Ağ Evdə terror aktı hazırlandığını hələ eşitmədiyini” deyib

Kaynak: haqqin.az

Diğer Haberler