Tramp Almaniya kanslerine qəzəblənib
ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mersi İrandakı müharibə ilə bağlı mövqeyinə görə kəskin tənqid edib. Ağ Ev rəhbəri müvafiq yazını Truth Social sosial şəbəkəsində yerləşdirib "Almaniya kansleri Fridrix Merz hesab edir ki, İranın nüvə silahına malik olması normaldır. O, nə danış

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mersi İrandakı müharibə ilə bağlı mövqeyinə görə kəskin tənqid edib. Ağ Ev rəhbəri müvafiq yazını Truth Social sosial şəbəkəsində yerləşdirib "Almaniya kansleri Fridrix Merz hesab edir ki, İranın nüvə silahına malik olması normaldır. O, nə danışdığını bilmir! Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girovluqda olardı", - Amerika lideri yazıb Tramp əlavə edib: "Mən indi İranla bağlı başqa ölkələrin və ya prezidentlərin çoxdan etməli olduqları şeyi edirəm. Təəccüblü deyil ki, Almaniya həm iqtisadi, həm də hər şeydə bu qədər pis işləyir!" Aprelin 27-də Merz Almaniyanın qərbindəki Marsberqdə orta məktəb şagirdlərinə deyib ki, Birləşmiş Ştatlar “açıqca” İrana qarşı müharibə strategiyasına, o cümlədən onun necə bitməli olduğuna dair strategiyaya malik deyil. "Hazırda mən amerikalıların hansı strateji çıxışı seçəcəyini anlamıram, xüsusən ona görə ki, iranlılar açıq şəkildə danışıqlar aparmaqda çox bacarıqlıdırlar, daha doğrusu, danışıqlar aparmamaqda çox bacarıqlıdırlar", - kansler deyib Onun sözlərinə görə, İrana qarşı müharibəyə başlamaq qərarı tələsik olub. Almaniya kansleri bunun tezliklə başa çatacağına ümid etdiyini bildirib. Merz həmçinin ABŞ və İsrailin avropalılarla əvvəlcədən məsləhətləşmədən İrana qarşı müharibəyə getdiyini təkrarlayıb. Kanslerin sözlərinə görə, o, artıq iki dəfə bu hərəkətlərə şübhə ilə yanaşdığını birbaşa ABŞ prezidenti Donald Trampa bildirib. "Əgər bunun beş-altı həftə davam edəcəyini və daha da pisləşəcəyini bilsəydim, ona daha da qətiyyətlə deyərdim" deyə Merz əlavə etdi


