Tenqri
Ana Səhifə
Dünya

Tramp Rusiyaya təzyiq göstərməyə razılaşıb

ABŞ prezidenti Donald Tramp Ukraynanı dəstəkləməyə və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi artırmağa hazır olduğunu açıqlayıb, lakin bunun müqabilində avropalı müttəfiqlərindən Hörmüz boğazında minaların təmizlənməsində kömək tələb edib, məlumatlı mənbələr Politico-ya bildiriblər. Onların sö

0 baxışhaqqin.az
Tramp Rusiyaya təzyiq göstərməyə razılaşıb
Paylaş:

ABŞ prezidenti Donald Tramp Ukraynanı dəstəkləməyə və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi artırmağa hazır olduğunu açıqlayıb, lakin bunun müqabilində avropalı müttəfiqlərindən Hörmüz boğazında minaların təmizlənməsində kömək tələb edib, məlumatlı mənbələr Politico-ya bildiriblər. Onların sözlərinə görə, Ağ Ev rəhbəri bunu G7 sammitində qapalı danışıqlar zamanı deyib G7 liderləri Hörmüz boğazının təmizlənməsi ilə bağlı yardımdan imtina etmədiklərini açıq şəkildə bildirdilər, lakin bunun üçün müəyyən şərtlər lazımdır. Belə ki, Fransa Prezidenti Emmanuel Makron, Politico həmsöhbətlərinə görə, gəmilərin minalardan təmizlənməsi üçün göndərilməsinin yalnız ABŞ-ın rəsmi tələbi və iştirak edən digər tərəflərin, xüsusən də İran və Omanın razılığı ilə mümkün olduğunu vurğuladı Məsələ ilə bağlı razılıq əldə olunmasa da, Almaniya kansleri Fridrix Merz Trampla danışıqlardan sonra “nikbinlik” elan edib. Bundan əvvəl, Politico-nun qeyd etdiyi kimi, Avropa liderləri Ağ Ev rəhbərinin Ukraynanı ərazi güzəştləri ilə razılaşmağa məcbur edə biləcəyindən narahat idilər Bu narahatlıqlar Trampın Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığından sonra artıb. Lakin Amerika lideri gözlənilmədən ABŞ-ın Rusiyanın neft sektoruna qarşı sərt sanksiyaları bərpa etməyə hazır olduğunu bəyan edib. “Rusiya razılığa gəlməlidir”, - Tramp vurğulayıb

Kaynak: haqqin.az

Diğer Haberler