Tenqri
Ana Səhifə
Dünya

Tramp Netanyahuya məlumat verdi - 02:10 yeniləndi

İyunun 14-ü axşam saatlarında ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub İsrail mediasının məlumatına görə, Netanyahu ABŞ prezidenti ilə danışmaq üçün hərbi-siyasi kabinetin iclasını yarımçıq dayandırmalı olub Qeyd olunur ki, Tramp Netany

0 baxışhaqqin.az
Tramp Netanyahuya məlumat verdi - 02:10 yeniləndi
Paylaş:

İyunun 14-ü axşam saatlarında ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub İsrail mediasının məlumatına görə, Netanyahu ABŞ prezidenti ilə danışmaq üçün hərbi-siyasi kabinetin iclasını yarımçıq dayandırmalı olub Qeyd olunur ki, Tramp Netanyahuya İranla müqavilənin həmin gecə imzalanacağı barədə məlumat verib İyunun 14-də axşam müdafiə naziri İsrael Katz amerikalı həmkarı Pit Heqsetlə də danışıb İsrailin baş naziri Benyamin Netanyahu Fransada keçirilən G7 sammitindən qayıtdıqdan sonra ABŞ prezidenti Donald Trampla təcili görüş istəyir, CNN İsraildəki mənbəyə istinadən xəbər verir CNN müxbiri Tal Şalevin sözlərinə görə, İranla danışıqlar və Livanda Hizbullah ilə atəşkəslə bağlı Vaşinqtonla artan fikir ayrılıqları fonunda Netanyahunun görüşə ehtiyacı var Bazar günü Hizbullahın İsrailin şimalını atəşə tutmasına cavab olaraq Beyruta endirilən zərbədən sonra Tramp İsraili kəskin tənqid edib. O, Livanın paytaxtına hücumun "baş verməməli olduğunu" söylədi CNN-in məlumatına görə, İsrail Livanda Hizbullaha qarşı fəaliyyət azadlığının mümkün məhdudlaşdırılmasından, həmçinin ABŞ-ın İrana iqtisadi təzyiqləri azaldacağından və gələcək razılaşmanın Tehranın nüvə proqramına təsir etməyəcəyindən narahatdır

Kaynak: haqqin.az

Diğer Haberler