Tramp Floresin aradan qaldırılmasını göstərdi - video
ABŞ prezidenti Donald Tramp Venesuela narkotik kartelinin lideri Tren de Araquanın ABŞ ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürüldüyünü açıqlayıb “Mənim göstərişimlə Birləşmiş Ştatların Cənub Komandanlığı Yer planetinin ən qanlı terror təşkilatlarından biri olan Trend de Araqua-nın b

ABŞ prezidenti Donald Tramp Venesuela narkotik kartelinin lideri Tren de Araquanın ABŞ ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürüldüyünü açıqlayıb “Mənim göstərişimlə Birləşmiş Ştatların Cənub Komandanlığı Yer planetinin ən qanlı terror təşkilatlarından biri olan Trend de Araqua-nın bədnam lideri Nino Qerreronu edam etmək üçün sürətli və ölümcül zərbə endirdi”, Tramp Truth Social hesabında yazıb ABŞ prezidentinin sözlərinə görə, Nino Qerreronun (tam adı Hector Rustenford Guerrero Flores) öldürülməsi əməliyyatı Venesuela hakimiyyəti ilə razılaşdırılıb. BBC xəbər verir ki, Venesuela birgə əməliyyatı təsdiqləyib Tramp narkotik kartelləri ilə mübarizənin onun seçki proqramının əsas məqamlarından biri olduğunu xatırladıb və verdiyi vədləri yerinə yetirərək, ikinci müddətinin əvvəlində Trend de Araqua-nı terror təşkilatları siyahısına əlavə edib 2009-cu ildə yaradılan Trend de Aragua Venesuelanın ən böyük cinayətkar qruplaşması hesab olunur. Qətl, reket, narkotik və insan alveri, çirkli pulların yuyulması, məcburi fahişəlik və adam oğurluğu üzrə ixtisaslaşmışdır. Yeddi mindən çox üzvü var Trend de Araqua ilə əməkdaşlıq ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya qarşı irəli sürdüyü ittihamlardan biridir. 2026-cı ilin yanvarında Amerika xüsusi təyinatlıları Maduronu və həyat yoldaşını Venesuelada saxlayıb ABŞ-a apardılar pic.twitter.com/378J4KNfwR


