Tenqri
Ana Səhifə
Dünya

Tramp Putin və Netanyahunu qabaqlayır

İspanların əksəriyyəti hesab edir ki, dünya uçuruma doğru gedir və dünya üçün ən böyük təhlükə ABŞ prezidenti Donald Trampdır. Bu barədə EL PAÍS nəşri 40 dB-lik sorğunun nəticələrinə istinadən yazır Əldə edilən məlumatlara görə, Tramp hətta Rusiya prezidentini də keçərək antipatiya reytinqinə başçı

0 baxışhaqqin.az
Tramp Putin və Netanyahunu qabaqlayır
Paylaş:

İspanların əksəriyyəti hesab edir ki, dünya uçuruma doğru gedir və dünya üçün ən böyük təhlükə ABŞ prezidenti Donald Trampdır. Bu barədə EL PAÍS nəşri 40 dB-lik sorğunun nəticələrinə istinadən yazır Əldə edilən məlumatlara görə, Tramp hətta Rusiya prezidentini də keçərək antipatiya reytinqinə başçılıq edib Sorğuda iştirak edənlərdən dünya sülhünü ən çox təhdid edən liderləri seçmək istənilib; 81% Trampı, 79,3% Rusiya prezidenti Vladimir Putini, 71,2% isə İsrailin baş naziri Benyamin Netanyahunu seçib. Kim Çen In və Xi Jinping də daxil olmaqla digər dünya liderləri bu “təhdidlər” siyahısında əhəmiyyətli dərəcədə aşağıdırlar Araşdırma əhali arasında total fatalizmi də aşkar edib. Mövcud məlumatlara görə, respondentlərin 10%-dən azı firavan gələcəyə inanır. Amma əksəriyyət yeni müharibələr və iqtisadi böhranlar proqnozlaşdırır Araşdırmaya görə, “respondentlərin üçdən ikisi və ya daha çoxu amerikalıların Qrenlandiya və Kuba da daxil olmaqla yeni hərbi macəralara başlayacağını proqnozlaşdırır” Qlobal münaqişə qorxusuna baxmayaraq, müdafiə məsələsi ölkəni yarıya böldü. Sosioloqların fikrincə, ideoloji boşluq çox nəzərə çarpır: respondentlərin 46,3%-i hərbi xərclərin artırılmasını dəstəkləyir, 45,3%-i isə əleyhinədir Bununla belə, NATO məsələsində birlik qalır - ispanların əksəriyyəti alyansdan çıxmaq istəmir Narahat xəbərlər arasında İspaniya vətəndaşları öz dəyərlərini müdafiə etməyə hazır olduqlarını nümayiş etdirirlər. Ölkədə demokratiyanı qorumaq üçün şəxsi risklərə getməyə hazır olduqları barədə suala cavab verənlərin yarısı müsbət, 36%-i isə mənfi cavab verir

Kaynak: haqqin.az

Diğer Haberler