Tramp polşalıları və moldovalıları əsirlikdən azad etdiklərini açıqlayıb
ABŞ prezidenti Donald Tramp Rusiya və Belarusda üç Polşa və iki Moldova vətəndaşının azad edilməsi ilə bağlı razılığa gəldiyini bildirib "Biz indicə üç Polşa və iki Moldova vətəndaşının azadlığa buraxılması barədə razılığa gəldik. Onlar Belarus və Rusiyada dəmir barmaqlıqlar arxasında idilər", - T

ABŞ prezidenti Donald Tramp Rusiya və Belarusda üç Polşa və iki Moldova vətəndaşının azad edilməsi ilə bağlı razılığa gəldiyini bildirib "Biz indicə üç Polşa və iki Moldova vətəndaşının azadlığa buraxılması barədə razılığa gəldik. Onlar Belarus və Rusiyada dəmir barmaqlıqlar arxasında idilər", - Tramp Truth sosial şəbəkəsində yazıb Amerika prezidenti bu nəticəyə nail olduğu üçün xüsusi nümayəndəsi Con Koula təşəkkür edib: “Prezidentin xüsusi nümayəndəsi Con Koul sayəsində biz bu azadlığın baş tutması üçün hər cür səy göstərə bildik” Tramp Belarus prezidenti Aleksandr Lukaşenkoya təşəkkür edib: "Prezident Aleksandr Lukaşenkoya əməkdaşlığa və dostluğa görə təşəkkür edirəm. Bu, çox gözəldir"


