Tramp Rusiya və Ukraynanın itkiləri haqqında
ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya Ukrayna ilə münaqişənin həlli üçün razılığa gəlməlidir və “hər iki tərəfin əhəmiyyətli itkilərə məruz qaldığını” vurğulayıb. O, bunu Fransada keçirilən G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşündə deyib Tramp Ukrayna prezide

ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya Ukrayna ilə münaqişənin həlli üçün razılığa gəlməlidir və “hər iki tərəfin əhəmiyyətli itkilərə məruz qaldığını” vurğulayıb. O, bunu Fransada keçirilən G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşündə deyib Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə daha əvvəl “çox yaxşı” görüş keçirdiyini və gün ərzində onunla yenidən danışmağı planlaşdırdığını vurğulayıb. “Baxın, Rusiya razılaşmalıdır, Rusiya çoxlu sayda insan itirdi, Ukrayna da Keçən ay onlar 35 min əsgər itirdilər - bu, aylıq rəqəmdir. Onlar orta hesabla təxminən 25 min insan itirirlər, əksəriyyəti əsgərlər, gənc, gözəl insanlar və orada baş verənlər çılğınlıqdır”, - Tramp bildirib O əlavə edib ki, artıq Rusiya prezidenti Vladimir Putinlə vəziyyəti müzakirə edib. “Ancaq danışıqlarımız olub və biz görəcəyik... Mən prezident Putinlə bazar günü danışmışam”, – ABŞ prezidenti bildirib. Tramp həmçinin qeyd edib ki, Rusiya və Ukrayna liderləri arasında “güclü ədavət” qalır


