Tramp İran razılaşmasının əleyhdarlarını cəzalandıra bilər
ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişinə qarşı çıxan yüksək vəzifəli məmurları, o cümlədən müharibə naziri Pit Heqseti və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffi işdən çıxarmağı düşünür. Bu barədə İsrail Hayom ABŞ-dakı mənbəyə istinadən xəbər verir Ağ Evdə İranla bağlı müzakir

ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişinə qarşı çıxan yüksək vəzifəli məmurları, o cümlədən müharibə naziri Pit Heqseti və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffi işdən çıxarmağı düşünür. Bu barədə İsrail Hayom ABŞ-dakı mənbəyə istinadən xəbər verir Ağ Evdə İranla bağlı müzakirələr zamanı pərdə arxasında baş verənləri təsvir edən yüksək səviyyəli ABŞ mənbəsi nəşrə deyib: "Müzakirə başa çatıb. Buna qarşı çıxan hər kəs şəxsən məsuliyyət daşıya bilər" Onun sözlərinə görə, Tramp administrasiyasının hazırda toxunulmazlığı olan yeganə üzvü dövlət katibi Marko Rubiodur. Mənbə qeyd edib ki, dövlət katibi öz bəyanatlarında həmişə çox diqqətli olub, İranla razılaşmanın tənqidindən yayınıb və buna görə də kifayət qədər populyarlıq qazanıb
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
