Tenqri
Ana Səhifə
Dünya

Tramp: İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı

ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatının bərpası baha başa gələn addım olardı və Hörmüz boğazının uzun müddətə bağlanmasına gətirib çıxara bilərdi "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində bildirib "Ən yaxşı dostlarımdan bəzil

0 baxışreport.az
Tramp: İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı
Paylaş:

ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatının bərpası baha başa gələn addım olardı və Hörmüz boğazının uzun müddətə bağlanmasına gətirib çıxara bilərdi "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində bildirib "Ən yaxşı dostlarımdan bəziləri yenidən bombardmanlara başlamağımı istəyirlər, lakin onlar başa düşmürlər", - ABŞ lideri məhz kimi nəzərdə tutduğunu dəqiqləşdirmədən qeyd edib Onun sözlərinə görə, zərbələrin bərpası ciddi iqtisadi fəsadlara gətirib çıxarardı və Hörmüz boğazı aylarla bağlı qala bilərdi Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler