Tenqri
Ana Səhifə
Dünya

Tramp: İran uranı zənginləşdirməyəcək, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparırıq

ABŞ Prezidenti Donald Tramp İranın artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacağını bildirib "Report" xəbər verir ki, o bunu "Truth Social"da yazıb Ağ Evin rəhbəri bildirib ki, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparılır "Birləşmiş Ştatlar İranla sıx əməkdaşlıq edəcək. Uran zəngin

0 baxışreport.az
Tramp: İran uranı zənginləşdirməyəcək, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparırıq
Paylaş:

ABŞ Prezidenti Donald Tramp İranın artıq uranın zənginləşdirilməsi ilə məşğul olmayacağını bildirib "Report" xəbər verir ki, o bunu "Truth Social"da yazıb Ağ Evin rəhbəri bildirib ki, sanksiyaların yumşaldılması üzrə danışıqlar aparılır "Birləşmiş Ştatlar İranla sıx əməkdaşlıq edəcək. Uran zənginləşdirilməyəcək və bizimlə birgə hərəkət edərək dərinliklərdə basdırılmış nüvə materiallarının (B-2 bombardmançılarının zərbələrindən sonra) bütün qalıqlarını çıxaracaq. Hazırda bu obyekt ciddi peyk müşahidəsi altındadır", - o bildirib D.Tramp qeyd edib ki, hazırda Vaşinqton Tehranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini müzakirə edir: "Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələləri üzrə danışıqlar aparırıq və aparacağıq. 15 bənddən bir çoxu artıq razılaşdırılıb" Xatırladaq ki, İran və ABŞ 2026-cı il aprelin 8-i gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz tərəfindən bəyan edib ki, bu müddət ərzində İranın Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler