Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonun hərbi əməliyyatları başlamazdan əvvəl malik olduğu raket arsenalının təxminən 21-22 faizini hələ də saxlayır. APA xəbər verir ki, Tramp bunu "NBC News"a müsahibəsində bildirib “Onların hələ də müəyyən sayda raketi və pilotsuz uçuş aparatı va

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonun hərbi əməliyyatları başlamazdan əvvəl malik olduğu raket arsenalının təxminən 21-22 faizini hələ də saxlayır. APA xəbər verir ki, Tramp bunu "NBC News"a müsahibəsində bildirib “Onların hələ də müəyyən sayda raketi və pilotsuz uçuş aparatı var. Faizlə ifadə etsək, təxminən 21-22 faiz raket ehtiyatları qalıb. Bu, yenə də kifayət qədər çox raketdir, lakin ilk zərbələr zamanı malik olduqları qədər deyil”, - deyə ABŞ lideri İranın hərbi potensialının əhəmiyyətli hissəsinin zərərsizləşdirildiyini vurğulayıb


