Tenqri
Ana Səhifə
Dünya

Tramp Makronu 100% tariflərlə hədələyib

ABŞ prezidenti Donald Tramp Parisin Amerika texnologiya şirkətlərinə rəqəmsal vergidən əl çəkməyəcəyi təqdirdə fransız şərabına və şampanına 100% rüsum tətbiq etməyə hazır olduğunu açıqlayıb "Fransa prezidenti (Emmanuel) Makrondan xahiş etdim ki, Amerika şirkətlərindən vergi tutmasın. Əgər onlar b

0 baxışhaqqin.az
Tramp Makronu 100% tariflərlə hədələyib
Paylaş:

ABŞ prezidenti Donald Tramp Parisin Amerika texnologiya şirkətlərinə rəqəmsal vergidən əl çəkməyəcəyi təqdirdə fransız şərabına və şampanına 100% rüsum tətbiq etməyə hazır olduğunu açıqlayıb "Fransa prezidenti (Emmanuel) Makrondan xahiş etdim ki, Amerika şirkətlərindən vergi tutmasın. Əgər onlar bunu etsələr, bütün şampanlara, Fransadan gələn bütün şərablara 100% rüsum tətbiq etməkdən başqa çarəm olmayacaq", - Ağ Evin rəhbəri The New York Post qəzetinə deyib Qəzet qeyd edir ki, Trampın bu təhdidləri Fransanın Evian-les-Bains şəhərində keçiriləcək G7 sammiti fonunda edilib Bundan əlavə, ABŞ prezidentinin bu açıqlamaları Makronun ofisinin keçən həftə Vaşinqton və Parisin ABŞ şirkətlərinin vergiyə cəlb edilməsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırdığına dair bəyanatlarını təkzib edir The New York Post yazır ki, Fransa texnologiya şirkətlərinə hələ 2019-cu ildə vergi tətbiq edib. Xüsusilə, bu, Amazon kimi Amerika şirkətlərinin yerli gəlirlərinə aiddir

Kaynak: haqqin.az

Diğer Haberler