Tokayev Putinin mayın sonunda Qazaxıstan səfərinə hazırlığını açıqlayıb
Qazaxıstanda Rusiya Prezidenti Vladimir Putinin mayın sonuna planlaşdırılan dövlət səfərinə hazırlıq görülür "Report"un məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə Moskvada V.Putinlə görüşündə bildirib "Ölkələrimiz arasında əməkdaşlığa gəldikdə, mayın sonunda sizin dövlət

Qazaxıstanda Rusiya Prezidenti Vladimir Putinin mayın sonuna planlaşdırılan dövlət səfərinə hazırlıq görülür "Report"un məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə Moskvada V.Putinlə görüşündə bildirib "Ölkələrimiz arasında əməkdaşlığa gəldikdə, mayın sonunda sizin dövlət səfərinizə intensiv hazırlaşırıq", - Tokayev deyib O, həmçinin ölkələr arasında sənaye əməkdaşlığının inkişafını qeyd edib. Tokayevin sözlərinə görə, son 20 ildə 177 birgə layihə hazırlanıb, onlardan 122-si son beş ildə həyata keçirilib K.Tokayev Rusiyanın Qazaxıstan iqtisadiyyatına ən böyük investor olaraq qaldığını və ticarət dövriyyəsinin ilin sonuna qədər 30 milyard dolları keçəcəyi proqnozlaşdırıldığını vurğulayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

