Tramp sıxır, Havana əyilmir
Kuba hakimiyyəti Vaşinqton administrasiyasının təzyiqlərinə boyun əymir və bu, ABŞ prezidenti Donald Trampın qəzəbinə səbəb olur. Bu barədə NBC News amerikalı rəsmilərə istinadən məlumat yayıb "Rəsmi Havana hakimiyyətini əldən verməyə və ya böyük güzəştlərə getməyə hazır olduğuna dair heç bir əlam

Kuba hakimiyyəti Vaşinqton administrasiyasının təzyiqlərinə boyun əymir və bu, ABŞ prezidenti Donald Trampın qəzəbinə səbəb olur. Bu barədə NBC News amerikalı rəsmilərə istinadən məlumat yayıb "Rəsmi Havana hakimiyyətini əldən verməyə və ya böyük güzəştlərə getməyə hazır olduğuna dair heç bir əlamət göstərmir", - ABŞ rəsmiləri deyirlər ABŞ Kubaya qarşı sərt sanksiyalar tətbiq edib, kritik resursların tədarükünü məhdudlaşdırıb və prezident Migel Diaz-Kanel hökuməti ilə diplomatik əlaqələri davam etdirir Qeyd olunur ki, Amerika hakimiyyəti Kuba hökumətinin onların təzyiqi olmadan belə ilin sonuna kimi yıxılacağını mümkün hesab edir. Bununla belə, Tramp bu müddəti qeyri-qənaətbəxş hesab edir və dəfələrlə administrasiyasının rəsmilərinə, o cümlədən bu trasa cavabdeh olan dövlət katibi Marko Rubiodan narazılığını bildirib


