Tenqri
Ana Səhifə
Dünya

Tramp Netanyahuya söz verdi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu əmin edib ki, Vaşinqton zənginləşdirilmiş uran məsələsində İranla güzəştə getməyəcək. Bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb Qeyd olunur ki, İsrail Trampın Tehranla danışıqlara dair gözlənilən qərarını diqqət

0 baxışhaqqin.az
Tramp Netanyahuya söz verdi
Paylaş:

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu əmin edib ki, Vaşinqton zənginləşdirilmiş uran məsələsində İranla güzəştə getməyəcək. Bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb Qeyd olunur ki, İsrail Trampın Tehranla danışıqlara dair gözlənilən qərarını diqqətlə izləyir Kanal 13-ün məlumatına görə, son müzakirələr zamanı ordu və kəşfiyyat rəsmiləri Netanyahuya İranla bağlı daha sərt mövqe təqdim ediblər. İsrail ordusu İranın hərbi potensialının hazırkı vəziyyətini zərbələri bərpa etmək və “missiyanı başa çatdırmaq” üçün “əməliyyat fürsəti” hesab edir. Mossad hesab edir ki, yeni müharibə İran rejiminin süqutunu sürətləndirə bilər. Eyni zamanda, telekanalın mənbəsi qeyd edir ki, İsrail rəhbərliyi panikaya düşməməyə və Vaşinqtona təzyiq göstərərək hərbi eskalasiyaya can atdığı təəssüratı yaratmamağa çalışır Bundan əvvəl Tramp İranla danışıqların “çox yaxşı” getdiyini və müharibənin “tezliklə bitə biləcəyini” deyib. Əsas suallardan biri yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi olaraq qalır: Tramp ABŞ-ın İrandan “uranı alacağını” deyib, Tehran isə uranı amerikalılara ötürməyə hazır olduğunu inkar edir Ötən gün ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Vaşinqtonun təklifinə İranın cavabını gözlədiyini və bunun ciddi danışıqlara səbəb olacağına ümid etdiyini bildirib. Mayın 9-na olan məlumata görə, İrandan hələlik heç bir cavab gəlməyib

Kaynak: haqqin.az

Diğer Haberler