Tramp DÇ-2026-nın ilk oyununa canlı baxa bilməyəcək
ABŞ prezidenti Donald Trump bu ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının ilk oyununda iştirak etməyi planlaşdırmır. Modern.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Politico” qəzeti məlumat yayıb ABŞ və Paraqvay yığmaları arasında oyun Bakı vaxtı ilə iyunun 13-nə keçən gecə Lo

ABŞ prezidenti Donald Trump bu ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının ilk oyununda iştirak etməyi planlaşdırmır. Modern.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Politico” qəzeti məlumat yayıb ABŞ və Paraqvay yığmaları arasında oyun Bakı vaxtı ilə iyunun 13-nə keçən gecə Los Angeles şəhərində keçirilməlidir. Paraqvay prezidenti Santiago Peña daha əvvəl bildirmişdi ki, milli komandasının bu oyununda iştirak edəcək. O, iyunun 11-də ABŞ-a gələcək və dörd gün ölkədə qalmağı planlaşdırır Prezidentin əvəzinə ABŞ-ın rəsmi nümayəndə heyətinə oyunda dövlət katibi Marko Rubio rəhbərlik edəcək 48 komandanın iştirak etdiyi futbol üzrə dünya çempionatının ilk turniri iyunun 11-də açılış oyunu ilə başlayacaq. Həmin oyunda Meksika yığması Estadio Azteca stadionunda Cənubi Afrika Respublikası komandasına qarşı mübarizə aparacaq Bu, tarixdə 23-cü dünya çempionatı olacaq. Turnirin oyunları 16 şəhərdə yerləşən 16 stadionda təşkil ediləcək: onlardan 11-i ABŞ-da, 3-ü Meksikada, 2-si isə Kanadadadır


