Tenqri
Ana Səhifə
Dünya

Tramp administrasiyada kütləvi əfvləri istisna etməyib

ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşları ilə şəxsi söhbətlərində səlahiyyətləri başa çatdıqdan sonra onları mümkün cinayət təqibindən qorumaq üçün yüksəkvəzifəli məmurları əvvəlcədən əfv etməyə hazır olduğunu dəfələrlə bildirib "Report" xəbər verir ki, bu barədə mənbələrə isti

0 baxışreport.az
Tramp administrasiyada kütləvi əfvləri istisna etməyib
Paylaş:

ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının əməkdaşları ilə şəxsi söhbətlərində səlahiyyətləri başa çatdıqdan sonra onları mümkün cinayət təqibindən qorumaq üçün yüksəkvəzifəli məmurları əvvəlcədən əfv etməyə hazır olduğunu dəfələrlə bildirib "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" yazıb Nəşrin məlumatına görə, son müşavirələrin birində Tramp zarafatla Oval kabinetdən təxminən 60 metr radiusda olan hər kəsi əfv etməyə hazır olduğunu bildirib. Qəzetin mənbələri iddia edir ki, bu ifadənin hər dəfə xatırlanması ilə qeyd olunan məsafə getdikcə daha da artıb WSJ-nin həmsöhbətləri həmçinin iddia edirlər ki, ötən il Oval kabinetin yaxınlığındakı yeməkxanada məsləhətçiləri ilə söhbət zamanı Tramp Ağ Evi tərk etməzdən əvvəl ayrıca mətbuat konfransı keçirmək və genişmiqyaslı əfvlər barədə elan vermək ehtimalından danışıb. Söhbət onun prezidentlik müddətinin 2029-cu ildə başa çatmasından gedirdi Qəzetin məlumatına görə, ikinci müddətinin əvvəlindən bəri Tramp artıq 1,6 minə yaxın əfv aktı imzalayıb. Bu isə Amerika prezidentləri arasında rekord göstərici olub. WSJ-nin məlumatına görə, əfv olunanlar arasında dövlət başçısının müttəfiqləri, donorlar, eləcə də 2021-ci il yanvarın 6-da Kapitoli yaxınlığındakı hadisələrlə bağlı işlərin fiqurantları yer alıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler