Toygar Davulcu: ''Tənqid yox, dəstək vaxtıdır''
Məşqçi Toygar Davulcu milli komandanın ünvanına səslənən tənqidlərlə bağlı açıqlamasında idmançıların meydana çıxdığı şərtlərin gözardı edilməməsi lazım olduğunu vurğulayıb Davulcu, ölkənin beynəlxalq idman təşkilatlarında statusuna görə UEFA, FİFA kimi platformalarda yer ala bilməməyin uzun illər

Məşqçi Toygar Davulcu milli komandanın ünvanına səslənən tənqidlərlə bağlı açıqlamasında idmançıların meydana çıxdığı şərtlərin gözardı edilməməsi lazım olduğunu vurğulayıb Davulcu, ölkənin beynəlxalq idman təşkilatlarında statusuna görə UEFA, FİFA kimi platformalarda yer ala bilməməyin uzun illərdir ki, reallıq olduğuna diqqət çəkib. O, bu vəziyyətin nə federasiyanın, nə də idmançıların seçimi olmadığını bildirib Milli forma geyinən hər bir idmançının bütün çətinliklərə baxmayaraq ölkəsini təmsil etmək üçün meydana çıxdığını bildirən Davulcu, o formanın daşıdığı məsuliyyətin və qürurun rəqibin kimliyindən daha önəmli olduğunu bildirib Davulcu açıqlamasında tanınmayan ölkələrlə oynanılan matçların da gözdən qaçırılmaması lazım olduğunu, imkanların məhdud olmasına baxmayaraq yarışan futbolçuların dəstəklənməsinin lazım olduğunu bildirib Tənqidin təbii olduğunu, lakin milli komandaya gəldikdə konstruktiv olmağın lazım olduğunu qeyd edən Davulcu “Mane olmaq əvəzinə dəstək olmalı” mesajını verdi Milli komandanın nəticədən asılı olmayaraq ortaq dəyər olduğunu vurğulayan Davulcu gənc idmançıların beynəlxalq platformalarda yer ala bilməsələr də ölkəni ən yaxşı şəkildə təmsil etməyə çalışdıqlarını bildirib Son olaraq birlik və həmrəyliyə çağıran Davulcu milli komandaya inamın qorunub saxlanılması lazım olduğunu bildirib və idmançılara təşəkkür edib


