Toğrul Əsədullayev: Azərbaycanın milli alətləri və zəngin musiqi irsi xaricdə layiqincə təmsil olunur
Xaricdə Azərbaycan musiqisinin, xüsusilə də xalq musiqimizin və milli alətlərimizin təbliği bu gün yüksək səviyyədə təşkil olunur. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun daimi diqqət və qayğısı sayəsində xalq musiqimizin fədailəri hər zaman dəstəklənir. Keçirilən bütün dövlət tədbirlərində

Xaricdə Azərbaycan musiqisinin, xüsusilə də xalq musiqimizin və milli alətlərimizin təbliği bu gün yüksək səviyyədə təşkil olunur. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun daimi diqqət və qayğısı sayəsində xalq musiqimizin fədailəri hər zaman dəstəklənir. Keçirilən bütün dövlət tədbirlərində, rəsmi səfərlərdə və beynəlxalq mədəniyyət günlərində Azərbaycanın milli alətləri və zəngin musiqi irsi ölkəmizi hər zaman layiqincə təmsil edir. Bu alətlər sırasında xüsusi yeri olan kamança isə xarici dinləyicilərin hər zaman heyranlıqla qarşıladığı, böyük maraq göstərdiyi bənzərsiz musiqi alətdir Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Prezident mükafatçısı Toğrul Əsədullayev deyib O, bu yaxınlarda Qazaxıstanın Astana şəhərində yerləşən Kulyaş Bayseitova adına Qazaxıstan Milli İncəsənət Universitetində keçirdiyi ustad dərsi zamanı kamançaya böyük marağın və heyranlığın şahidi olduğunu deyib: “Dərslərdə həm Azərbaycan muğamlarını, həm də yerli və xarici bəstəkarların əsərlərini ifa etdim. Muğamımız xarici musiqiçiləri təəccübləndirdi. Onlar ən çox bu qədər mürəkkəb və zəngin musiqi xəzinəsini yaddaşımızda necə saxladığımızı, hər dəfə heç bir nota baxmadan necə ifa etdiyimizi anlamağa çalışırdılar. Əlbəttə, musiqi tariximizdə bir çox ustad sənətkarımız muğamları nota köçürüblər, lakin biz əsrlər boyu formalaşmış qədim ustad-şagird ənənəsini bu gün də yaşadırıq. Muğam sənəti nəsildən-nəslə, müəllimdən-tələbəyə məhz yaddaş vasitəsilə ötürülür və biz bu irsi qoruyub gələcəyə daşıdığımız üçün böyük qürur duyuruq”, - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


