Tenqri
Ana Səhifə
Dünya

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

Azərbaycanda tüstüsüz gələcəyin formalaşması istiqamətində yeni transformasiya mərhələsi başlayır AZƏRTAC xəbər verir ki, bu barədə “Philipp Morris International (PMI)” şirkətinin Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərq üzrə elmi işlər direktoru Tomoko İida Bakıda keçirilən “Technovation” forumunda bi

0 baxışazertag.az
Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək
Paylaş:

Azərbaycanda tüstüsüz gələcəyin formalaşması istiqamətində yeni transformasiya mərhələsi başlayır AZƏRTAC xəbər verir ki, bu barədə “Philipp Morris International (PMI)” şirkətinin Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərq üzrə elmi işlər direktoru Tomoko İida Bakıda keçirilən “Technovation” forumunda bildirib Tomoko İida qeyd edib ki, bu gün Azərbaycanda yetkin əhalinin təxminən 20 faizi siqaret çəkir, kişilər arasında isə bu rəqəm 35-40 faizə çatır. Tütün çəkmək onkoloji, ürək-damar və ağciyər xəstəliklərinin inkişafı üçün əsas risk amili olaraq qalır Tomoko İida bildirib ki, siqaret çəkənlərin sayının azaldılması və yetkin tütün istifadəçilərinin daha az zərərli alternativlərə keçməsi əhalinin sağlamlığının yaxşılaşdırılmasına və əmək məhsuldarlığının artmasına töhfə verə bilər ki, bu da ölkənin insan kapitalının inkişafı üçün böyük əhəmiyyət kəsb edir O, Azərbaycanda siqaretçəkmə nisbətinin 2036-cı ilə qədər yarıya endirilə biləcəyinə əminliyini ifadə edib. Nümunə olaraq, PMI nümayəndəsi son on ildə siqaret çəkmənin yayılmasının təxminən 20 faizdən 10 faizə düşdüyü Yaponiyanı misal gətirib Tomoko İidanın sözlərinə görə, şirkət yetkin tütün istifadəçiləri üçün alternativ məhsulların hazırlanmasına və elmi əsaslandırılmasına investisiya qoymaqla “tüstüsüz gələcəyin” yaradılması strategiyasını həyata keçirir. O, PMI-nın biznes transformasiyasının artıq nəticə verdiyini vurğulayıb: şirkətin xalis gəlirinin təxminən 43 faizini tüstüsüz məhsullar təmin edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler