Tom Barak İraqa da cavabdeh olacaq
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ankaradakı səfiri Tom Barakın səlahiyyətlərinin genişləndirildiyini açıqlayıb Tramp sosial media hesabındakı paylaşımında Barakın Suriya üzrə prezidentin xüsusi elçisi vəzifəsini davam etdirəcəyini və əlavə olaraq, İraq üzrə xüsusi elçi təyin edildiyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ankaradakı səfiri Tom Barakın səlahiyyətlərinin genişləndirildiyini açıqlayıb Tramp sosial media hesabındakı paylaşımında Barakın Suriya üzrə prezidentin xüsusi elçisi vəzifəsini davam etdirəcəyini və əlavə olaraq, İraq üzrə xüsusi elçi təyin edildiyini açıqlayıb ABŞ-ın Suriya və İraq hökumətləri ilə əlaqələrini inkişaf etdirməyə davam etdiyini deyən Tramp Barakın iki ölkə ilə təmaslarda iştirak edəcəyini bildirib Kışla Ankaradakı səfir vəzifəsini davam etdirəcək Tom Barak 2025-ci ilin martında Tramp tərəfindən ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə irəli sürülüb. Onun namizədliyi 2025-ci ilin aprelində Senat tərəfindən təsdiqlənib. O, 2025-ci ilin mayında Suriya üzrə xüsusi nümayəndə təyin edilib Barak 2016-cı il seçkilərində Trampın təşviqat müşaviri olub Tramp 2024-cü ildə Barakı bu sözlərlə təqdim etdi: "Tom 30 il ərzində qlobal özəl kapital firmasını uğurla idarə etdi. O, həm siyasi, həm də iş dünyasında geniş fikir liderləri arasında hörmətli, təcrübəli və ağlabatan bir şəxs kimi tanınır." Barak 2013-cü ildə Forbes jurnalının milyarderlər siyahısında sonuncu olub. Jurnal Barakın sərvətini 2021-ci ildə 600 milyon dollardan az hesablayıb Los-Ancelesə mühacirət etmiş livanlı valideynlərin nəvəsi olan maliyyəçi ərəb dilində səlis danışır Barak ailəlidir və dörd övladı var Barak 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) adından qaydalara zidd olaraq lobbiçilik etməkdə ittiham olunaraq həbs edilib Həmin vaxt 250 milyon dollar girov ödəyərək həbsxanaya düşməkdən yayınan maliyyəçi 2022-ci ildə ittihamlardan bəraət aldı Barak altı həftəlik məhkəmə prosesində "heç vaxt səhv bir şey etmədiyini" iddia etdi O, müdafiəsində uzun illər Yaxın Şərqlə iş apardığı üçün bölgə haqqında "mədəni altıncı hiss" inkişaf etdirdiyini də bildirib

