Tofiq Acırqayev: "Vətəndaşlara pensiya və əməkhaqqı üçün bank seçimi sərbəstliyi təmin ediləcək"
Ani Ödənişlər Sistemində (AÖS) mövcud ödəniş limitlərinin artırılması planlaşdırılır "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib O, AÖS-nin perspektiv inkiş

Ani Ödənişlər Sistemində (AÖS) mövcud ödəniş limitlərinin artırılması planlaşdırılır "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib O, AÖS-nin perspektiv inkişaf yolları və yeni layihələrinə toxunaraq, burada əsas etibarilə iki əhəmiyyətli təşəbbüsə diqqət çəkib: "Birinci layihə pensiya, əməkhaqqı və sosial ödənişlərin paylanması prosesində vətəndaşlara bank seçimi baxımından azadlığın təmin olunmasıdır. Bu modul məcburi xarakter daşımayacaq və vəsait alan şəxslərə bank seçimi ilə əlaqədar alternativ imkanlar yaradacaq Eyni zamanda, bankların pensiyaçılara təklif etdiyi xüsusi xidmət paketlərinin, həmçinin nağdsız ödənişləri həvəsləndirən stimullaşdırıcı addımların genişləndirilməsi nəzərdə tutulur. Layihənin ilk mərhələsində əməkhaqqı ödənişləri, növbəti mərhələlərdə isə pensiya və sosial müavinətlərin ödənilməsi Ani Ödənişlər Sistemi vasitəsilə reallaşdırılacaq. Bu, çoxistiqamətli və genişmiqyaslı bir layihədir. Layihənin həyata keçirilməsi çərçivəsində prosesə daxil olan bütün tərəflərlə fasiləsiz müzakirələr aparılır və bu müzakirələr layihənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində əsas rol oynayır" T. Acırqayev digər önəmli yenilik kimi AÖS-ə inteqrasiya edilmiş təşkilatlara aid toplu ödəniş funksionallığının təkmilləşdirilməsini qeyd edib: "Bu istiqamətdə mövcud limitlər artırılacaq. Əməkhaqqı layihəsi üzrə artıq bir əməliyyat çərçivəsində 100-dən çox ödənişin icra edilməsi mümkün olacaq" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


