Tenqri
Ana Səhifə
Dünya

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüşüb Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 202

0 baxışazertag.az
“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər
Paylaş:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüşüb Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “TikTok”un potensial iştirakı müzakirə olunub Tərəflər rəqəmsal savadlılığın artırılması, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, yerli rəqəmsal startapların təşviqi, eləcə də uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər barədə fikir mübadiləsi aparıblar Görüşdə, həmçinin təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler