“Tikinti sahəsində şəffaflığın artırılması, yeni normativ-hüquqi bazanın formalaşdırılması bu sahədə keyfiyyətli dönüş yaradıb” - Millət vəkili
“Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti də bu qlobal çağırışlara uyğun şəkildə inkişaf edir” Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili vurğulayıb ki, ərazi planlaşdırılması üzrə vahid yanaşmanın tətbiqi, baş planların hazırlanması və təsdiqi prosesinin sistemləşdiri

“Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti də bu qlobal çağırışlara uyğun şəkildə inkişaf edir” Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili vurğulayıb ki, ərazi planlaşdırılması üzrə vahid yanaşmanın tətbiqi, baş planların hazırlanması və təsdiqi prosesinin sistemləşdirilməsi, tikinti sahəsində şəffaflığın artırılması, həmçinin yeni normativ-hüquqi bazanın formalaşdırılması bu sahədə keyfiyyətli dönüş yaradıb: “Qəbul edilən yeni qaydalar və qanunvericilik təşəbbüsləri şəhərsalmanı daha çevik, nəzarətli və müasir tələblərə uyğun şəkildə inkişaf etdirir, eyni zamanda, investorlar üçün daha aydın və etibarlı mühit yaradır. Bu islahatlar nəticəsində şəhərsalma prosesi təkcə tikinti fəaliyyəti kimi yox, kompleks inkişaf strategiyasının əsas sütunlarından biri kimi möhkəmlənib”


