Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar – BMU-da təlim
Bakı Mühəndislik Universitetində (BMU) “Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar” mövzusunda təlim keçirilib BMU-dan AZƏRTAC-a bildirilib ki, Strategiya və keyfiyyət təminatı şöbəsi tərəfindən təşkil olunan təlimin əsas məqsədi inklüziv təhsilin fundamental prinsipləri, müasir yanaşmaları və

Bakı Mühəndislik Universitetində (BMU) “Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar” mövzusunda təlim keçirilib BMU-dan AZƏRTAC-a bildirilib ki, Strategiya və keyfiyyət təminatı şöbəsi tərəfindən təşkil olunan təlimin əsas məqsədi inklüziv təhsilin fundamental prinsipləri, müasir yanaşmaları və ali təhsil mühitində tətbiq imkanları barədə məlumatlılığın artırılması, eyni zamanda, bu istiqamətin universitetin strateji inkişafına, keyfiyyət təminatı sisteminə və beynəlxalq mövqeyinə verə biləcəyi töhfələrin diqqətə çatdırılması olub Təlim zamanı universitetin baş müəllimi biologiya üzrə fəlsəfə doktoru Elşad Yunusov inklüziv təhsilin mahiyyəti, tələbəyönümlü tədris modelləri, bərabər təhsil imkanlarının təmin edilməsi, təhsil mühitində əlçatanlığın genişləndirilməsi və müxtəliflik prinsiplərinin tətbiqi ilə bağlı ətraflı təqdimatla çıxış edib Bildirilib ki, inklüzivlik yanaşmaları beynəlxalq reytinq sistemlərində, o cümlədən “QS World University Rankings” və “Times Higher Education” tərəfindən sosial məsuliyyət, bərabərlik və müxtəliflik meyarları üzrə qiymətləndirilir və bu göstəricilər universitetlərin qlobal rəqabət qabiliyyətinin formalaşmasında mühüm rol oynayır Vurğulanıb ki, inklüziv təhsilin inkişafı yalnız sosial məsuliyyət baxımından deyil, həm də ali təhsil müəssisələrinin akkreditasiya göstəricilərinin yaxşılaşdırılması və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. İnklüzivlik istiqamətində təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


