"Təhlükəsizlik hər şeydən önəmlidir" - Elməddin Muradlı
“Bəzən 15-20 avtomobil toy karvanına qoşulur. Bu isə yollarda ciddi sıxlıq yaradır. Üstəlik, karvanda avtoxuliqanlıq edən, müxtəlif təhlükəli şoular nümayiş etdirən sürücülər də olur. Bu cür davranışlar həm qanun pozuntusudur, həm də insanların həyatını riskə atır” Bunu nəqliyyat məsələləri üzrə ek

“Bəzən 15-20 avtomobil toy karvanına qoşulur. Bu isə yollarda ciddi sıxlıq yaradır. Üstəlik, karvanda avtoxuliqanlıq edən, müxtəlif təhlükəli şoular nümayiş etdirən sürücülər də olur. Bu cür davranışlar həm qanun pozuntusudur, həm də insanların həyatını riskə atır” Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a bildirib. Ekspert qeyd edib ki, toy mərasimi sevincli hadisədir və qəzasız, bəlasız başa çatmalıdır. Təəssüf ki, bəzi insanlar bunu hələ də düzgün qiymətləndirmir. Bu məsələdə yalnız hüquqi tədbirlər deyil, həm də ictimai nəzarət və ailə institutunun rolu vacibdir. Valideynlər və ağsaqqallar prosesə müdaxilə etməli, gənclərə düzgün istiqamət göstərməlidirlər. Toy şənlənmək üçündür, amma təhlükəsizlik hər şeydən önəmlidir