Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası
Prezident İlham Əliyevin fərmanı ilə “Milli Kibertəhlükəsizlik Agentliyi” (MKA) publik hüquqi şəxs yaradılıb. Müasir dünyada kiberhücumların artması dövlətləri bu cür tədbirlər görməyə vadar edir. MKA fərdi məlumatların qanunsuz toplanılması, emalı və mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi

Prezident İlham Əliyevin fərmanı ilə “Milli Kibertəhlükəsizlik Agentliyi” (MKA) publik hüquqi şəxs yaradılıb. Müasir dünyada kiberhücumların artması dövlətləri bu cür tədbirlər görməyə vadar edir. MKA fərdi məlumatların qanunsuz toplanılması, emalı və mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi nəticəsində hüquqları pozulmuş şəxslərin şikayətlərinə baxacaq və onları araşdıracaq Bu mühüm qurumda fəaliyyət göstərəcək kifayət qədər kadr ehtiyatı varmı? Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov belə bir qərarın verilməsinin təsadüfi olmadığını deyib: “Çünki təhlükə təkcə küçədə və ya fiziki məkanda yox, insanların cibindəki telefonda, istifadə etdiyi tətbiqlərdə və saxladığı məlumatlarda da mövcuddur. Bir neçə il əvvəl əsas narahatlıq kompüter virusları idisə, bu gün söhbət milyonlarla insanın şəxsi məlumatlarının oğurlanmasından, bank hesablarının hədəfə alınmasından və hətta dövlət sistemlərinə hücumlardan gedir. Bu qurumun yaradılması göstərir ki, kibertəhlükəsizlik artıq yalnız İT şöbələrinin problemi deyil, dövlət səviyyəsində prioritet məsələyə çevrilib. Çünki rəqəmsallaşma artdıqca risklər də artır. Dövlət xidmətləri, elektron hökumət platformaları, bank sistemləri və vətəndaş məlumat bazaları nə qədər inkişaf edirsə, onların qorunmasına ehtiyac da bir o qədər böyüyür” Kadr məsələsinə gəlincə, E.Həsənov bildirib ki, statistikaya görə, kibertəhlükəsizlik dünyada ən çox mütəxəssis çatışmazlığı yaşanan sahələrdən biridir: “Bu problem təkcə Azərbaycana aid deyil. ABŞ, Avropa ölkələri və digər inkişaf etmiş dövlətlər də minlərlə kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac duyduqlarını açıqlayırlar. Lakin son illər Azərbaycanda da bu sahəyə maraq artıb. Universitetlərdə yeni proqramlar yaradılıb, beynəlxalq sertifikatlar alan mütəxəssislərin sayı çoxalır və dövlət qurumlarında kibertəhlükəsizlik istiqamətində yeni kadrların hazırlanmasına ciddi diqqət ayrılır. Bir neçə il əvvəl kibertəhlükəsizlik çox dar sahə hesab olunurdusa, bu gün ən çox tələb olunan peşələrdən biridir. Bu qurumun vacib tərəflərindən biri də vətəndaşların şəxsi məlumatlarının qorunmasına diqqət yetirməsidir. Çünki son illərdə insanlar müxtəlif platformalarda məlumatlarını paylaşır, onlayn xidmətlərdən istifadə edir və bəzən bunun yaratdığı risklərin fərqində olmurlar. Belə hallarda həm nəzarət, həm araşdırma, həm də maarifləndirmə funksiyasını yerinə yetirən ixtisaslaşmış qurumun olması vacibdir” Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana bu məhsullar göndərildi - Yeniləndi Azərbaycan Ermənistana 42 vaqon dizel göndərir ABŞ “Tramp marşrutu” ilə bağlı qərarı təsdiqlədi Qırğızıstanla hərbi əməkdaşlıq müzakirə edildi Bu, Azərbaycan üçün əhəmiyyətli imkanlar yaradacaq - Rubio Xankəndinin məşhur abidəsi Rusiyada peyda oldu - Arxasında kim dayanır? Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?


