Teymur Musayev Papaconstantinou ilə görüşdü - foto
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb Görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadrların hazırlanması, səhiyyə sahəsində rəqəmsal həllər, e

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb Görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadrların hazırlanması, səhiyyə sahəsində rəqəmsal həllər, eləcə də ictimai səhiyyə sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar Teymur Musayev ölkədə səhiyyə sahəsində aparılan islahatlar, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşdırılması tədbirləri, səhiyyənin rəqəmsallaşdırılması və sənaye infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib


