Tenqri
Ana Səhifə
Dünya

İndi Avropa İranla danışıqlara başlayıb

İran dövlət televiziyasının şənbə günü AFP-yə istinadən verdiyi məlumata görə, Avropa ölkələri gəmilərin Hörmüz boğazından keçməsinə icazə vermək üçün İranla danışıqlar aparır. Bu strateji əhəmiyyətli ticarət yolu Yaxın Şərqdəki müharibə səbəbindən iki aydan çoxdur ki, bağlanıb İran televiziyası b

0 baxışhaqqin.az
İndi Avropa İranla danışıqlara başlayıb
Paylaş:

İran dövlət televiziyasının şənbə günü AFP-yə istinadən verdiyi məlumata görə, Avropa ölkələri gəmilərin Hörmüz boğazından keçməsinə icazə vermək üçün İranla danışıqlar aparır. Bu strateji əhəmiyyətli ticarət yolu Yaxın Şərqdəki müharibə səbəbindən iki aydan çoxdur ki, bağlanıb İran televiziyası bildirib ki, “Asiya ölkələrindən, o cümlədən Çin, Yaponiya və Pakistandan olan gəmilərin (Hörmüz boğazından – red.) keçməsindən sonra Avropa ölkələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İran) Hərbi Dəniz Qüvvələri ilə boğazdan keçidlə bağlı danışıqlara başlayıblar”. Bu danışıqlarda iştirak edən ölkələrin adları açıqlanmayıb İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başlamasından və dəniz neft tədarükünün təxminən 30%-ni təşkil edən Hörmüz boğazının bağlanmasından sonra xammalın dünya qiymətləri bahalaşıb. Bundan xüsusilə Aİ ölkələri təsirləndi, ona görə də avropalıların marağı başa düşüləndir Şənbə günü İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, İran Hörmüz boğazında müəyyən edilmiş marşrut üzrə naviqasiyanın tənzimlənməsi mexanizmini hazırlayıb və tezliklə elan edəcək

Kaynak: haqqin.az

Diğer Haberler