Televiziya rəhbərləri: "Baku TV" reytinqlərdə birinci yerdədir
Bu gün xəbərlərdə gündəmi sosial şəbəkələr müəyyən edir "Report" xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media Masası" proqramında Azərbaycan Televiziyasının (AzTV) sədri Rövşən Məmmədov deyib O qeyd edib ki, Azərbaycan televiziyaları sosial şəbəkələrdə kifayət qədər fəaldır və milyonlarla ba

Bu gün xəbərlərdə gündəmi sosial şəbəkələr müəyyən edir "Report" xəbər verir ki, bunu "Real TV"də yayımlanan "Media Masası" proqramında Azərbaycan Televiziyasının (AzTV) sədri Rövşən Məmmədov deyib O qeyd edib ki, Azərbaycan televiziyaları sosial şəbəkələrdə kifayət qədər fəaldır və milyonlarla baxışları var AzTV sədrinin fikrini dəstəkləyən İTV-nin baş direktoru Balaş Qasımov isə "Baku TV"ni misal gətirərək, bu telekanalın "Youtube"da çox böyük baxış topladığını vurğulayıb . "Baku TV birinci yerdədir",- AzTV sədri də həmkarının fikrini təsdiqləyib R. Məmmədov qeyd edib ki, son beş ildə Azərbaycan mediasında ciddi inkişaf müşahidə olunur. Bu inkişaf dövlət, özəl və internet televiziya kanallarında həm məzmun, həm də texnoloji səviyyədə özünü göstərir AzTV sədri vurğulayıb ki, hazırda telekanal fəal şəkildə beynəlxalq təcrübəni öyrənir və müasir tələblərə uyğun yenilənməyi hədəf qoyub "Bu yaxınlarda AzTV-nin əməkdaşları "CNN Portugal"da təlim və təcrübə mübadiləsində iştirak ediblər. Eyni zamanda, kanal "Euronews"un iş təcrübəsini öyrənir",- R. Məmmədov bildirib O əlavə edib ki, ilin sonunadək tamaşaçılar tam yenilənmiş AzTV-ni izləyə biləcəklər. Kanal öz ənənələrini qorumaqla daha geniş auditoriyaya xitab edəcək Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

NATO Sammitində vəzifə yerinə yetirən polis əməkdaşlarının zəhərləndiyi iddiası I Ankara Valiliyi: Zəhərlənmə sübutu tapılmadı | T24

Elon Musk-ın "Hökumət Effektivliyi Departamenti" rəsmi olaraq bağlandı: 11 milyard dollarlıq büdcə kəsiri buraxır, müəssisələrdə yenidən işə qəbul dalğası başlayır | T24
