“Telegraph”: Fransa və Almaniya birgə qırıcı təyyarə proqramını dayandırıblar
Paris və Berlin altıncı nəsil Avropa qırıcı təyyarəsinin hazırlanması üzrə birgə proqramdan imtina ediblər AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” Yelisey sarayındakı mənbəyə istinadla məlumat yayıb Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən “Future Combat Air System” layihəsin

Paris və Berlin altıncı nəsil Avropa qırıcı təyyarəsinin hazırlanması üzrə birgə proqramdan imtina ediblər AZƏRTAC xəbər verir ki, bu barədə “The Telegraph” Yelisey sarayındakı mənbəyə istinadla məlumat yayıb Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən “Future Combat Air System” layihəsinin məqsədi 2040-cı ilə qədər “Dassault Rafale” və “Eurofighter Typhoon” qırıcılarını əvəz edəcək yeni təyyarə yaratmaq idi Nəşrin məlumatına görə, layihədə iştirak edən “Dassault Aviation” və “Airbus” arasında yaranan fikir ayrılıqları proqramın dayandırılmasına səbəb olub. Fransa vahid Avropa modeli yaratmaq istəsə də, Almaniya öz hərbi tələblərinin fərqli olduğunu bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


