Tehran pilotsuz uçan aparatları işə salıb. ABŞ isə İran hədəflərini vurdu
ABŞ hərbçiləri İranın Goruk və Qeşm adasındakı radar obyektlərinə hücum edib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCON) məlumat yayıb “ABŞ silahlı qüvvələri İranın Goruk və Qeşm adasındakı sahil radar qurğularına zərbələr endirib”, - komandanlığın X sosial şəbəkəsində dərc olunan məqaləsində de

ABŞ hərbçiləri İranın Goruk və Qeşm adasındakı radar obyektlərinə hücum edib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCON) məlumat yayıb “ABŞ silahlı qüvvələri İranın Goruk və Qeşm adasındakı sahil radar qurğularına zərbələr endirib”, - komandanlığın X sosial şəbəkəsində dərc olunan məqaləsində deyilir Komandanlıq həmçinin Hörmüz boğazına doğru atılan 4 İran pilotsuz təyyarəsini vurduğunu təsdiqləyib CNN ABŞ rəsmisinə istinadən xəbər verib ki, İran ordusu Hörmüz boğazına doğru bir neçə pilotsuz uçan aparat atıb. Onun sözlərinə görə, ABŞ hərbçiləri onlardan ən azı dördünü vurub. O, hücumların hədəfinin ticarət gəmiləri və ya bölgədə fəaliyyət göstərən ABŞ qüvvələri ola biləcəyinə aydınlıq gətirib


